ABŞ regional İnternet ünvanları qeydiyyatı təşkilatının (ARIN) rəhbəri Con Kurran Campus Technology təhsil müəssisələri üzrə İT mütəxəssislərinin konfransında çıxış edib.
Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, o bildirib ki, qeydiyyatçının sərəncamında 90 min IPv4 ünvanı qalıb. Bu da təxminən iki həftə üçün kifayət edəcək. Asiyanın APNIC regional qeydiyyat təşkilatının IPv4 ehtiyat ünvanı 2011-ci ildə, RIPE Avropa regional qeydiyyat təşkilatının 2012-ci ildə tükənib.
C.Kurran İnternet saytlarının IPv6 ünvanlarına keçməsinə təkid edir. Mobil və digər istifadəçi qurğuları IPv6 ünvanlarından daha çox istifadə etməyə başlayıb və keçid onlara saytlardan sadə şəkildə istifadəyə imkan verəcək. Onun sözlərinə görə, xüsusilə səs və video ilə iş zamanı məhsuldarlıq artacaq. Bundan başqa, trafikin analizi asanlaşacaq, çünki ona IPv4 ünvanlarının IPv6 ünvanlarında göstərilməsi mane olmayacaq. Facebook, Google və digər iri İT şirkətləri artıq IPv6 ünvanları ilə işləyir, marşrutlayıcı istehsalçıları isə onları 2000-ci ildən dəstəkləməyə başlayıb.
Təşkilat rəhbəri qeyd edib ki, hazırda Google axtarış sistemində sorğuların təxminən 21,5 faizi IPv6 ünvanlarından daxil olur, halbuki bir il əvvəl onun payı 8 faiz, iki il əvvəl 2 faiz təşkil edib. Lakin təhsil müəssisələri IPv6 ünvanlarının tətbiqində dövlət təşkilatlarından və biznesdən geri qalır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri