Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Bakıda “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun “Summer Camp” tədbiri keçiriləcək.
Xeberler.az-ın məlumatına görə, artıq Azərbaycanda qadınların İKT sektorunda məşğulluğuna dair tədbirlər silsiləsinə start verilir.
Tədbirin məqsədi ölkədə İKT sektorunda qadınların məşğulluq səviyyəsinə dair məlumat almaq, bu sahədə mövcud olan əsas maneələri və bu sektorda çalışan qadınların sayının az olmasının səbəblərini müəyyən etmək və İKT sektorunda qadınların çəkisinin artırılması yollarını araşdırmaqdan ibarətdir.
“Femmes Digitales” klubundan Xeberler.az-a verilən məlumatda bildirilir ki, tədbirdə o cümlədən İKT sahəsində necə işə düzəlmək və karyera pillələrində necə inkişaf etməyə dair mövzuları müzakirə ediləcək.
Azərbaycanda qızların nədən məhz İKT ixtisaslarını seçməsini və onların fikrincə bu sektorda qadınların sayının azlığının əsas səbəbinin nədən ibarət olduğunu, eləcə də qadınların İKT sektoruna marağının artması üçün nə etmək lazım olduğu müzakirə olunacaq.
O cümlədən, ölkənin qabaqcıl təşkilatlarının işçi heyətin yığılması zamanı istifadə etdikləri siyasət və yanaşmaları, qadınların İKT sektorunda işə düzəlməsi və karyera qurması ilə bağlı olan çətinlikləri, şirkət rəhbərlərinin İKT-də qadınların rolu barədə fikirlərini öyrənməyə çalışılacaq.
Tədbirdə klubun bütün üzvlərinə prioritet qaydasında yeni vakansiyalar barədə məlumat almaq imkanı yaradılacaq. Namizədin seçilməsində prioritet isə Klubun üzvü olan şəxslərə veriləcək. Bu qəbildən olan ilk vakansiya dünyanın aparıcı IT şirkətlərindən birində ən qısa zamanda elan ediləcək.
Tədbirin zəngin proqramı rəsmi hissə ilə yanaşı yeni başlayanlar üçün qolf yarışmasının, müxtəlif hədiyyələrin və kollektiv Zumba master-klasının da daxil olduğu əyləncəli hissədən ibarət olacaq.
Qeyd edək ki, tədbirdə iştirak hüququnuzu təmin etmək üçün sentyabrın 17-dək qeydiyyat formunu doldurmaq mütləqdir. Qeydiyyat formunun ünvanı üçün bu linkə daxil olmaq lazımdır.
Tədbirə mətbuat və televiziya nümayəndələri də dəvət olunub.
Daha ətraflı məlumat burada
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri