Previous Next
Bağla

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd edilib-Foto

11-05-2017 12:01
Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd edilib-Foto

Azərbaycanda "Azərbaycan qadınlarının İKT Klubu – FEMMES DIGITALES" Beynəlxalq İKT-də qızlar gününü qeyd edib.

Klubdan Xeberler.az-a verilən məlumata görə, bununla bağlı bir sıra tədbirləe keçirilib.

Xatırladaq ki, BMT-nin İKT məsələləri üzrə təşkilatı olan Beynəlxalq Telekommunikasiya Birliyinin (International Telecommunications Union — ITU) qərarına əsasən hər il aprel ayının 4-ü bu sahədə çalışan və təhsil alan qadınların beynəlxalq günü kimi qeyd edilir.

Bu il "Azərbaycan qadınlarının İKT Klubu – FEMMES DIGITALES" tərəfindən məktəbli və tələbələrə informasiya texnologiyaları sahəsində peşə inkişafını nümayiş etdirmək məqsədilə bir sıra tədbirlər keçirilib.

Bayram çərçivəsində təşkil edilən tədbirlərin tərəfdaşları qismində Beynəlxalq Telekommunikasiya Birliyi və STEP İT Kompüter Akademiyası çıxış edib.

STEP IT Kompüter Akademiyasının konfrans zalında təşkil edilmiş tədbirə  200-dək iştirakçı qatılıb. Bundan əlavə,  FEMMES DIGITALES klubunun nümayəndələri tərəfindən Bakının orta və ali məktəblərində 1000-dən çox qızı əhatə etmiş çoxsaylı görüşlər zamanı öz biliyini artırmağın, bacarıqlarını təcrübədə sınamağın və İKT sahəsi ilə tanışlıqdan sonra həyatını dəyişməyin yolları ilə bağlı söhbətlər aparılıb.

 Həmçinin, xanımlar üçün ölkənin İT bazarının ən qabaqcıl şirkətləri olan R.I.S.K. və Ultra Technologies-ə ekskursiyalar təşkil edilib.

STEP IT Kompüter Akademiyasının tədris siniflərində web-proqramlaşdırma, Scratch proqramlaşdırma dili, LEGO robototexnikası, həmçinin, İT və Adobe Photoshop-la tanışlıq üzrə praktiki seminarlar təşkil edilib. Bundan başqa, MONT Azerbaijan  şirkətinin nümayəndələri  xanımları ən müasir Microsoft Office 365 ofis paketinin imkanları ilə tanış edib.

Tədbirlər zamanı ITU-nun nümayəndələri və digər ölkələrdən olan həmkarlarımızla videokörpülər təşkil edilib  ITU-nun MDB ölkələri üzrə zona bölməsinin koordinatoru Fərid Nəhli FEMMES DIGITALES-in səylərini yüksək qiymətləndirib və bu təşəbbüsün beynəlxalq səviyyəyə çıxması üçün öz dəstəyini təklif edib.

 ASAN xidmətin iş prinsipləri ilə tanış olmaq məqsədilə Azərbaycana səfər etmiş RF-nin Ulyanovsk vilayəti qubernatorunun müşaviri Svetlana Openışeva tədbirin qonağı olub. Beynəlxalq İKT-də qızlar günü bayramı və "Azərbaycan qadınlarının İKT Klubu – FEMMES DIGITALES"in fəaliyyəti bir qismi bu təşəbbüsə ilk dəfə qoşulan çoxsaylı tədbir iştirakçılarına bu maraqlı və dinamik inkişaf edən sahənin yaratdığı karyera imkanlarına fərqli cür baxmağa, ölkənin iri İT şirkətlərində çalışan xanımların iş təcrübəsi ilə tanış olmağa, İT sahəsində uğurlu karyera qurmuş klubun təsisçiləri ilə qeyri-rəsmi şəraitdə söhbətləşməyə imkan yaratmış oldu.

Tədbirin builki sponsor və tərəfdaşları qismində STEP IT Kompüter Akademiyası, Microsoft Azerbaijan, Huawei, proqram təminatı distribütoru MONT Azerbaijan, Cybernet, Azercell və B.EST Solutions şirkətləri olub.

Tədbirin sonunda Beynəlxalq İKT-də qızlar gününün bütün iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, ITU-nun məlumatlarına əsasən indiyədək Beynəlxalq İKT-də qızlar günü münasibətilə dünyanın 160 ölkəsində təşkil edilmiş 7200 tədbirdə 240 mindən çox qız və gənc qadın iştirak edib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İKT Qadınlar Klubu Masallıda ilk regional  tədbir keçirib-Foto

İKT Qadınlar Klubu Masallıda ilk regional tədbir keçirib-Foto

07-11-2016
FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

06-12-2016
“Femmes Digitales”  məktəbli  qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015
İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

03-05-2016
İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

07-03-2016
İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

03-12-2016
FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

16-09-2015
 Qəbələdə qızlar üçün İKT konfrans keçirilib-Foto

Qəbələdə qızlar üçün İKT konfrans keçirilib-Foto

06-11-2017
İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

14-03-2016
İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

05-09-2015
Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016
Regionda xanımlar üçün növbəti İKT tədbir keçirilib

Regionda xanımlar üçün növbəti İKT tədbir keçirilib

18-05-2018
İKT Qadınlar Klubu artıq işə başladı - Fotolar

İKT Qadınlar Klubu artıq işə başladı - Fotolar

09-09-2015
İKT Qadınlar klubu ilin hesabatını verəcək

İKT Qadınlar klubu ilin hesabatını verəcək

02-12-2015
Qadınlarının İKT Klubu yaradılır

Qadınlarının İKT Klubu yaradılır

02-12-2014
Bakıda beynəlxalq  İKT-də Qadınlar Günü qeyd ediləcək

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd ediləcək

26-04-2016
Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019
“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015
İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

04-12-2015
Qadınların İKT Klubu yaradıldı

Qadınların İKT Klubu yaradıldı

04-12-2014
İKT Qadınlar klubu ucqar kəndlərə gedəcək

İKT Qadınlar klubu ucqar kəndlərə gedəcək

15-02-2016
Azərbaycan Qadınlarının İKT Klubunun görüşü olub

Azərbaycan Qadınlarının İKT Klubunun görüşü olub

10-03-2015
İKT Qadınlar Klubu üzvlərinin sayı açıqlandı

İKT Qadınlar Klubu üzvlərinin sayı açıqlandı

02-10-2015
Bakutel çərçivəsində AWITA 2018 mükafatlarının təqdimat mərasimi keçiriləcək

Bakutel çərçivəsində AWITA 2018 mükafatlarının təqdimat mərasimi keçiriləcək

28-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə