“İKT və Azərbaycan dilinin istifadəsi problemləri” müzakirə olundu

25-11-2009 / 15:46

Bu gün Atatürk Mərkəzində AİF tərəfindən “İKT və Azərbaycan dilinin istifadəsi
problemləri” mövzusunda Dəyirmi Masa keçirilib.

AİF prezidenti Osman Gündüz son dövrlərdə müasir Azərbaycan dilində  İKT ilə əlaqəli xeyli yeni sözlərin əmələ gəldiyini və bu sözlüklərin də böyük əksəriyyətinin Orfoqrafiyada
öz əksini tapmadığını bildirib.  O, ölkədə   İKT –nin inkişaf  tempi ilə, İnformasiya texnologiyalarından istifadə edənlərin artım tempi ilə bu  sahədə Azərbaycan dilindən effektiv istifadənin uzlaşmadığını vurğulayıb. Bununla  bağlı maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələrin keçirilməsinin  zərurət yarandığı və bunun əhəmiyyətli olacağını qeyd edilib.

Dəyirmi Masada AİF üzvləri , ekspert Firudin Əhmədovun  “İKT və Azərbaycan dilinin istifadəsi problemləri”, ekspert Vahid Qasımovun   “İnternetdə Azərbaycan dilindən istifadənin vəziyyəti” mövzularında təqdimatları olub. Hər iki təqdimatda ölkədə İKT sahəsində, o cümlədən İnternetdə Azərbaycan dilinin tətbiqi ilə  bağlı vəziyyət araşdırılıb və bu prosesin daha səmərəli və effektiv qurulması üçün təkliflər irəli sürülüb.

Dövlət qurumlarının, təhsil və elm sahəsinin, ictimai sektorun təmsilçilərinin, müstəqil ekspertlərin iştirak etdiyi Dəyirmi  Masada İKT sahəsində Azərbaycan dilinin tətbiqinin daha da təkmilləşdirilməsin istiqamətində müzakirələr aparılıb.

Müzakirələrdə AMEA-müxbir üzvləri , İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, ADNA-nın kafedra müdiri Sabit Kərimov, ekspert Azər Həsrət, Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov, Dilmanc Layihəsinin nümayəndəsi Rauf Fətullayev, Milli Məclisin İKT sektorunun nümayəndəsi Ceyhun Əliyev, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sektor müdiri  Əli Kərim, professor Qulu Məhərrəmli, Microsoft-Azərbaycan şirkətinin nümayəndəsi Emin Axundov , İqtisad Universitetinin müəllimi Mətləb Əlizadə, dilçi Xanım Qasımova  və digərləri çıxış ediblər.

Müzakirələr  zamanı  ölkədə Azərbaycan dilinin İKT sahəsində tətbiqi ilə  bağlı konseptual və konkret məqamlar üzərində dayanılıb. İKT  terminləri üzrə vahid standartların yaradılmasının zəruriliyi vurğunlanıb. Azərbaycan dilinə aid İnternet resursların yaradılmasının vacibliyi bildirilib. Azərbaycan dilindən istifadə ilə  bağlı İnternetdə xüsusi Portalın, həmçinin  dil üzrə onlayn “Təcili yardım” xidmətinin yaradılması təklifi irəli sürülüb. Yeni lüğətlərin yaradılmasının vacibliyi, mövcud lüğətlərin isə elektron formaya keçiriləcəyi bildirilib.

Çıxış edənlər  bu tip ictimai müzakirələrin xeyli faydalı olduğunu  və bunun davam etdirilməsinin vacibliyini  qeyd ediblər. DİLÇİLİK İnstitutu tərəfindən bu sahədə xeyli görüləcək işlərin olduğu xüsusilə diqqətə çatdırılıb.  Tədbirdə təəssüflə qeyd edilib ki, dəvət edilməsinə baxmayaraq RİTN-nin nümayəndələri toplantıya qatılmayıb.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə