Previous Next
Bağla

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025 20:48
Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ABŞ-nin Federal Kommunikasiya Komissiyasının (FCC) nümayəndələri ilə görüşüb.

Xeberler.az bildirir ki, qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, məqsədləri və son dövrdə həyata keçirilən layihələr barədə məlumat verilib. İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov bildirib ki, qısa müddət əvvəl yaradılmasına baxmayaraq, qurum telekommunikasiya sektorunda tənzimləmənin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və rəqəmsal bazarın sağlamlaşdırılması istiqamətində mühüm işlər görüb.

İKTA rəsmisi ABŞ-nin META, “Google” kimi transmilli şirkətləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını, bu istiqamətdə FCC-nin dəstəyindən yararlanmaq istədiklərini deyib. Həmçinin vurğulanıb ki, telekommunikasiya sektorunun effektiv tənzimlənməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi prioritetdir. FCC-nin uzunmüddətli tənzimləmə təcrübəsi və tətbiq etdiyi modellər Azərbaycan üçün xüsusi maraq doğurur və İKTA-nın gələcək tənzimləmə çərçivəsinin formalaşmasında dəyərli bençmark hesab olunur.

FCC rəsmiləri öz növbəsində Azərbaycanın tənzimləyici qurumu ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. Qeyd edilib ki, Federal Kommunikasiya Komissiyasının tənzimləmə meyarları Avropa modelindən fərqlənir. Bu baxımdan FCC İKTA ilə əməkdaşlıq imkanlarını genişləndirməkdə maraqlıdır.

Görüşdə təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı səfərlərin və işçi görüşlərinin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA və Braziliya təcrübə mübadiləsi həyata keçirəcək

01-12-2025

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

26-11-2025

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA-nın nümayəndə heyəti Ankarada simpoziumda iştirak edib

13-05-2026

İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

25-11-2025

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

29-05-2024

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

AYİB-in dəstəyi ilə İKTA əməkdaşları üçün təlim keçirilib

31-10-2024

İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək

22-02-2024

ÜPİ ilə İKTA arasında əməkdaşlıq imkanları müzakirə edilib

13-05-2025

İKTA-da “Nokia” və “Huawei” nümayəndələri ilə görüş keçirilib

14-05-2024

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

26-08-2025

İKTA və ICANN domen idarəçiliyini gücləndirən yol xəritəsi hazırlayacaq

10-12-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə