Previous Next
Bağla

İKTA-nın nümayəndə heyəti Ankarada simpoziumda iştirak edib

13-05-2026 16:56
İKTA-nın nümayəndə heyəti Ankarada  simpoziumda iştirak edib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyiciqurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndə heyəti Ankarada Tənzimləyici Qurumların Qlobal Simpoziumu (“GSR-26”) çərçivəsində təşkil olunan yüksəksəviyyəli sessiyalarda iştirak edib.

Xeberler.az məlumat verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sözügedən simpoziumu telekommunikasiya və rəqəmsal tənzimləmə sahəsində dünyanın ən
nüfuzlu platformalarından hesab edilir. Türkiyənin telekommunikasiya sektorunda tənzimləyici qurumu olan İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin əsas tərəfdaş kimi çıxış etdiyi tədbirdə rəqəmsal bazarların inkişafı, yeni texnologiyaların tənzimlənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və regional əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tənzimləyici qurum rəhbərlərinin yüksəksəviyyəli müzakirə sessiyasında iştirak edib. Toplantıda rəqəmsal bazarların sürətli inkişafı fonunda tənzimləmə yanaşmalarının daha çevik olması, texnoloji dəyişikliklərə uyğun hüquqi çərçivələrin formalaşdırılması, bazara giriş maneələrinin azaldılması, investisiyaların artırılması və məsuliyyətli rəqəmsal inkişaf məsələləri müzakirə edilib.

Müzakirələr zamanı xidmət keyfiyyətinin ölçülə bilən indikatorlar əsasında qiymətləndirilməsi, istehlakçı hüquqlarının qorunması, rəqəmsal bazarlarda şəffaflığın artırılması, data əsaslı tənzimləmə modelləri, internet dayanıqlılığı və milli rəqəmsal suverenlik məsələləri xüsusi diqqət mərkəzində olub.

Tədbir çərçivəsində qəbul edilən ən yaxşı təcrübə təlimatları (“GSR-26 Best Practice Guidelines”) rəqəmsal bazarlarda çevik, şəffaf və nəticəyönümlü tənzimləmə yanaşmalarının tətbiqinə dair beynəlxalq tövsiyələri özündə birləşdirir və gələcək tənzimləmə siyasətlərinin formalaşdırılmasında mühüm istinad sənədi kimi çıxış edir.

İKTA üçün bu platformada iştirak beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl tənzimləmə yanaşmalarının tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025

İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

25-11-2025

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025

İKTA rəsmisi Beynəlxalq Forumda iştirak edib

30-04-2025

İKTA və Braziliya təcrübə mübadiləsi həyata keçirəcək

01-12-2025

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

26-11-2025

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA əməkdaşları Riqada keçirilən SEWG görüşündə iştirak ediblər

21-11-2024

İKTA və “AzInTelecom” əməkdaşlarından ibarət nümayəndə heyəti Ankaraya səfər edib

10-10-2024

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

AYİB-in dəstəyi ilə İKTA əməkdaşları üçün təlim keçirilib

31-10-2024

İKTA-da jurnalistlərə təlim keçirilib

19-07-2025

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

29-05-2024

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə