NETTY - 2009 Milli İnternet Mükafatının təşkilat komitəsi şirkət və təşkilatları müsabiqə çərçivəsində keçirilən “İlin İT-hadisəsi” nominasiyasın da iştirak etməyə dəvət edir.
Nominasiyada iştirak etmək üçün ərizələrin qəbulu 7 may tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək üçün ərizələr yalnız realizəsi 2008 – 2009-cu illərdə həyata keçirilmiş layihələr üzrə təqdim oluna bilər. Qeyd edək ki, NETTY - 2009 Milli İnternet Mükafatı - ümumdünya şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Qeyd edək ki,nominasiyanın əsas məqsədi Azərbaycanın informasiya texnologiyalarının inkişafında əhəmiyyət kəsb edən ən vacib layihələri aşkar etməkdir. Mükafata iddiaçı Azərbaycanda və onun xaricində informasiya texnologiyalarının inkişafına yönəldilmiş hər bir layihə ola bilər. Final mərhələdə qalibin müəyyən edilməsi NETTY Akademiyası tərəfindən həyata keçiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri