Bu ilin sentyabr ayında BlackBerry-nin ilk android smartfonu olan PRIV-in satışa çıxarılacağı açıqlanmışdı. Artıq bir çoxlarının səbrslizliklə gözlədiyi BlackBerry PRIV-in sifarişlərinin qəbuluna başlanıb və noyabrın 6-dan etibarən sifarişlər müştərilərə göndəriləcək.
Qeyd edək ki, sifariş qiyməti 699 ABŞ dolları olan smartfonun sifarişləri ilkin mərhlədə yalnız ABŞ, Böyük Britaniya və Kanadada həyata keçiriləcək.
Smartfonun adı “Privacy and Privilege”(Məhrəmiyyət və Toxunulmazlıq) sözlərindən götürülüb. Şirkətin prezidenti John Chen daha əvvəl rəsmi bloq yazısında bildirmişdi ki, biz “Your privacy is your privilige” (Sizin məhrəmiyyətiniz sizin toxunulmazlığınızdır) devizi ilə hərəkət edirik. Ötən günlərdə telefonun ön sifarişlərinin qəbul edilməsi bağlı açıqlamasında isə belə bildirib:
“Bu gün dünyada BlackBerry ən etibarlı təhlükəsiz aparat və proqram təminatı istehsalçısıdır. ABŞ prezidenti Barack Obama, Böyük Britaniya baş naziri David Cameron, Almaniya baş naziri Angela Merkel kimi dünya liderləri, aparacı dövlət idarələri və böyük müəssisələrin hamısı bizə etibar edir.”
Uzunömürlü batareyası, klassik BlackBerry üslubuna xas dizayn elementləri və sürüşən fiziki klaviaturası ilə PRIV smartfonun əsas alıcılarının əvvəlki kimi iş adamlarının olacağı gözlənilir.
İki tərəfdən oval dizayna sahib smartfonun 5.43 düym QHD displeyi, Qualcomm Snapdragon 808 mikroprossesoru, 2 terabayta qədər microSD qəbulu, 3410 mAh-lıq batareyası, 18 meqapiksel arxa və 2 meqapiksel ön kamerası var.
Murad Məmmədzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri