Ilk qatlanıb açılan BlackBerry smartfonu
Kanada şirkəti olan Research In Motion (RİM) ilk qatlanıb açılan kommunikatorunu təqdim edib. Yeni model BlackBerry Pearl Flip 8220 adını alıb.
Smartfon GSM/EDGE mobil şəbəkələrində istifadə olunmaq üçün nəzərdə tutulub. Telefonun sahibləri, Microsoft Word, Excel və PowerPoint fayllarının açılmasına kömək edən DataViz Documents to Go paketinin vasitəsilə korporativ xidmətlərə, elektron poçta və məktublaşma sisteminə daxil ola bilərlər. Digər smartfonlar kimi, Bluetooth, Wi-Fi-la da işləyir.
BlackBerry Pearl Flip 8220 ikimeqapikselli kameraya, iki displeyə (xarici displey 128 х 160 nöqtəli, daxili isə 240 х 320 nöqtəlidir) malikdir. SureType klaviaturası ilə təchiz olunub. Hər rəqəmli düymədə iki hərf yerləşdirilib. Əsas sahədən solda və sağda düymələr var. Bunun sayəsində klaviaturanın ölçüləri kiçilib ki, 107 х 60 х 16 mm ölçülərdə və 111 qr. çəkidə olan kommunikatorda gözəl görünüşə malikdir. Mediapleyer və yüksək danışıq dinamikinə də malikdir.
Payızda dünya bazarına çıxacağı gözlənilir.
ABŞ-da smartfonun satışı ilə T-Mobile mobil operatoru məşğul olacaq.
Qiymət barədə hələlik məlumat yoxdur.