Çərçivəsiz Oneplus 5T təqdim edilib

17-11-2017 / 12:31

Oneplus şirkəti Bruklində yeni qabaqcıl smartfonunu təqdim edib.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Oneplus 5T smartfonu çərçivəsiz dizayna malikdir.

Alüminium korpusa malik smartfonun arxa panelində barmaq izi skaneri quraşdırılıb. Smartfon Full HD+ (2160x1080 piksel təsvir ölçülü) formatlı 6,01 düymlük Optic AMOLED displey, 20+16 meqapiksellik ikiqat əsas kamera, Sony IMX371 əsasında 16 meqapiksellik ön kamera, Qualcomm Snapdragon 835 prosessoru, 6 və ya 8 QB-lıq əməli yaddaş, 64 və ya 128 QB-lıq daxili fləş yaddaşla təchiz edilib.

Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir. Smartfonun ölçüləri 156,1x75x7,3 mm, çəkisi 162 qram təşkil edir. Aparat Android 7.1.1 Nougat mobil əməliyyat sistemi ilə işləyir. 2 ədəd SİM kart dəstəklənir, LTE, Wi-Fi (802.11 a/b/g/n/ac), Bluetooth 5.0, GPS və QLONASS, NFC, USB 2.0 Type-C və 3,5 mm-lik audio konnektor nəzərdə tutulub.

Smartfon noyabrın 21-dən etibarən ABŞ-da 64 QB-lıq versiya üçün 500 dollara əlçatan olacaq. Həmçinin Hindistan, Avropa, Kanada, Çin və Honkonqda satışa çıxarılacaq. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə