Previous Next
Bağla

İlk Facebook qurğusu buraxılıb

09-10-2018 16:27
İlk Facebook qurğusu buraxılıb

“Facebook” şirkəti “Messenger” əlavəsi vasitəsilə videodanışıqlar üçün nəzərdə tutulan və fərdi məlumatların mühafizəsi üçün bir sıra funksiyalara malik “Portal” və “Portal+” “ağıllı” dinamiklərini təqdim edib.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, “Portal” dinamikinin ekran diaqonalı 10 düym (25,4 sm), “Portal+” dinamikinin isə 15,6 düym (39,6 sm) təşkil edir. Şirkət əsas diqqəti qurğuların proqram təminatının söhbət zamanı otaqda neçə nəfərin olmasını müəyyənləşdirərək kameranı onlara yönəltməsi imkanına yetirib. Bundan əlavə, yeni qurğuların mikrofonları hətta hərəkətdə olan istifadəçinin səsini yüksəldir. Qrup şəklində zənglərdə eyni anda 7-dək qurğudan istifadə mümkündür.

Məlumata görə, “Alexa” əlavəsini dəstəkləyən “ağıllı” dinamikləri səslə idarə etmək onlar. Şirkət nümayəndələri bildirir ki, “Portal” və “Portal+” vasitəsilə hava proqnozu haqqında məlumat əldə etmək, məhsullar sifariş vermək, avtomatlaşdırılmış məişət sistemlərini idarə etmək mümkündür. Bundan başqa, danışıq zamanı əlavə reallıq effektlərindən istifadə etmək olar.

Bildirilir ki, “Facebook” qurğu istifadəçilərinin fərdi məlumatlarının mühafizəsinə xüsusi diqqət yetirib. Belə ki, kameranın bağlanılması üçün çexol mövcuddur, onu və mikrofonu bir toxunuşla söndürmək olar. Qeyd olunur ki, şirkət “Portal” və “Portal+” vasitəsilə aparılan danışıqlara aid məlumatları toplamır, kamera və mikrofonun işləməsi zamanı bütün proqram prosesləri “Facebook” serverlərində deyil, qurğularda aparılır. Hazırda ABŞ-ın internet mağazalarında qurğular üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Onların alıcılara çatdırılması noyabra nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

04-11-2013

“Azexport.az”da yenilik: portal ölkədaxili çatdırılma xidmətini istifadəyə verib.

21-12-2023

Bu portal eyni evin bir neçə şəxsə satılmasının qarşısını alacaq

05-07-2024

Azərbaycanın tikinti sənayesinə dair internet-portal təqdim olunub

26-10-2008

Vesti.az-ın 2 yaşı tamam oldu

16-03-2011

Bu il e-sosial.az portalından 5,4 milyon dəfə istifadə olunub

30-11-2024

Əlilliyi olan şəxslər üçün xüsusi elektron portal yaradılacaq

21-01-2025

Azərbaycanda gənclər üçün peşə seçimi ilə bağlı portal istifadəyə verilib

23-04-2013

10 957 nəfər elektron qaydada müraciət edib

29-07-2022

Nazirliyin satışa çıxaracağı mənzilləri onlayn necə ala bilərsiniz?

17-01-2023

Regionlarda elektron hökumət quruculuğuna başlanılıb

10-04-2015

Elektron hökumət internet portalının (www.ehdis.az) I fazası istifadəyə verilib.

25-04-2012

RİNN-in bütün elektron xidmətləri vahid portalda

13-05-2022

"Azərsu" ASC "e-su.az" portalını istifadəyə verib

24-09-2020

Kommunal ödənişləri birbaşa portal üzərindən edə biləcəksiniz

10-09-2015

Nazirlikdə vətəndaş müraciətləri üzrə yeni portal yaradılacaq

12-01-2016

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025

QHT-lərə öz saytlarını yaratmaq imkanı verən portal istifadəyə verilib

23-07-2015

Microsoft şirkəti Windows Live və Office Live`i birləşdirmək fikrindədir.

28-01-2009

Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

23-07-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı fəaliyyətini bərpa edəcək

26-05-2009

Ali təhsilin magistratura səviyyəsinə elektron qeydiyyatın vaxtı uzadılıb

25-07-2022

Rusiyada Vahid Dövlət Xidmətləri Portalı fəaliyyət göstərəcək

15-12-2009

E-gov.tv “Bakutel 2014” sərgisinin rəsmi media tərəfdaşıdır

02-12-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə