Bakcell mobil operatoru və mobil internet provayderi bir neçə ay öncə özünün İLK adlı yeni brend smartfonunu satışa buraxıb.
Xeberler.az saytı modelin bazarda satışı ilə bağlı araşdırma aparıb.
İLK smartfonu müasir smartfonların bütün xüsusiyyətlərinə malikdir və satış qiyməti cəmi 79 manatadır. Bu smartfon xüsusilə smartfon istifadəsinə yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub və sahiblərini lazımi smartfon təcrübəsinə yiyələndirir. İLK smartfonu yalnız Bakcell nömrəsi ilə istifadə oluna bilər.
Mobil operatorun öz şəbəkəsi üçün smartfon istehsal etmə praktikası Azərbaycanda yenilik olsa da, dünya təcrübəsində çoxdan var: güclü və funksional ağıllı telefon birdən-birə su qiymətinə təklif edilir.
Məsələn, Rusiyanın Bilayn mobil operatoru bir müddət öncə bazara Bilayn Smart3 telefonunu buraxdı. Doğrudur, bu telefonu alan istifadəçi mütləq olaraq müəyyən kampaniya paketinə qoşulmalıdır. Yəni telefon müştəriyə bir qədər baha başa gələcək. Amma məqsəd o deyil, smartfon yalnız bu mobil operatorun şəbəkəsində işləyir. Yəni operator telefondan pul qazanmaq yox, müştərini öz şəbəkəsinə gətirmək istəyir.
Bakcell də öz şəbəkəsinə müştəri cəlb etmək niyyətindədir. Təklif edilən İLK smartfonu Android əməliyyat sistemində işləyir və aşağıdakı texniki xüsusiyyətlərə malikdir: Geniş 4 düymlü sensorlu ekran; 1.2 GHz Quad Core prosessor; RAM 512 + ROM 4GB; Android 4.3 əməliyyat sistemi; 5MP kamera + parlaq işıq; Ön kamera; Uzunömürlü batareya.
İLK-i alanlara 6 ay ərzində bonus şəklində ayda 1GB internet də verilir. İnternet bonusu almaq üçün abunəçi telefonunun IMEI kodunu 5810 qısa nömrəsinə yollamalıdır.
Bakcell-in Yeni məhsulların inkişaf bölməsinin rəhbəri, Cəlil Xəlilov müştərilərin smartfon tipli telefonlara marağının ildən ilə artdığını təsdiqləyib: “Smartfon istifadəçilərin sayı durmadan artır, əgər 3-5 il öncə telefona 300-500 manat ödəməli olurduqsa, hazırda 79 manata smartfon almaq olar. Bu qiymət əhalinin istənilən təbəqəsinə belə telefonlardan yararlanmağa imkan verir.
Bakcell-in təklif etdiyi İLK smartfonunun da aşağı qiymətə olması müştərini çaşdırmamalıdır. Biz bu smartfonları subsidiya etməklə əmin olmaq istəyirik ki, smartfon bizim şəbəkəmizdə olsun. Əgər kimsə dükandan belə imkanları olan başqa smartfon almaq istəsə, bu qiymətə ala bilməyəcək”.
Bakcell smartfon satışını təşkil etmək üçün şəhərin bəzi yerlərində xüsusi məntəqələr də quraşdırıb. 28 Mall ticarət mərkəzində Bakcell-in məntəqəsində çalışan Fərzanə Əfəndiyeva hər gün smartfonları müştərilərə tanıtdırmaqla məşğuldur: “İLK modelinin 5 meqapiksel arxa və 0,3 meqapiksellik ön kameraları var. 4 nüvəlidir, batareyasının gücü 1450-dir. 4 qiqabayt telefonun öz yaddaşıdır, əlavə kart yeri də var. Tam dolu batareya orta hesabla 2 günə bəs edir. Telefona 1 il zəmanət verilir. Üstəlik, Bakcell-dən nömrə, bir sıra hədiyyələr də var. İnsanlar bu cihaza ciddi maraq göstərirlər”.
Park Bulvar ticarət mərkəzindəki Bakcell məntəqəsində çalışan Sevinc Məlikova İLK smartfonunun 32 qiqabayta qədər əlavə yaddaş kartını dəstəklədiyini bildirib: “Smartfonda 6 ay ərzində hər ay pulsuz 1 qiqabayt internet veririk. Yaxınlaşan çox olur, baxırlar, yoxlayırlar, kimsə smartfonun funksiyalarını araşdırır, kimsə foto, video imkanlarına baxır”.
İsmayıl İsmayıl
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri