15 gün avtonom işləyən smartfon

11-12-2015 / 12:15

Çinin Oukitel şirkəti 10 min milliamper/saat tutumunda akkumulyator batareyasına malik smartfon təqdim edib.  Aparat 15 gün avtonom işləyir və tam enerji yığmasına 3,5 saat vaxt sərf olunur.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, smartfonun pərakəndə satış qiyməti 240 dollar təşkil edəcək və 2016-cı il yanvarın 2-dən sifariş edilmiş məhsulların çatdırılmasına başlanılacaq.

Smartfon 1280x720 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 1 QHs takt tezlikli dördnüvəli MediaTek MT6735 prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaş, 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz olunub.

Bundan başqa, 2 SIM kart girişi olan aparat LTE texnologiyasını dəstəklənir və Android 5.1 Lollipop mobil əməliyyat sistemi ilə işləyir. Doqquz millimetr qalınlığında korpusa malik fabletin çəkisi 184 qramdır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə