Çərşənbə günü “Tesla” şirkətinin rüblük hesabatı ilə təsisçi İlon Mask yeni təzminat olaraq 23 milyard dollar dəyərində performans hədəflərinin “het-trik”inə imza atdı.
Xeberler.az bildirir ki, Maskın Teslanın idarə heyəti tərəfindən təsdiq edilməli olan son təzminat gəliri, onun Tvitteri 43 milyard dollara almağı təklif etməsindən bir neçə gün sonra baş verib. Analitiklər müqaviləni maliyyələşdirmək üçün “Tesla” səhmlərini satmağı təklif ediblər. Mask “Forbes”ə görə, dünyanın ən zəngin adamıdır.
Mask çərşənbə günü əlavə kompensasiya ilə bağlı müzakirələrin aparılmadığını söylədi. Raket istehsalçısı “SpaceX”in əsas səhmdarı və baş direktoru olan Mask “Tesla”da maaş almır. Onun maaş paketi bir sıra yüksələn hədəflərə çatmaq üçün “Tesla”nın bazar kapitallaşması və maliyyə artımını tələb edir. Hər bir tranş (fr. qiymətli kağızların bir hissəsi) Maska biri 70,01 dollara 8,4 milyon “Tesla” səhmini almaq imkanı verir ki, bu da çərşənbə günü bağlanış qiyməti olan 977,20 dollardan təxminən 90% endirimlə əldə edilir. Səhmlərin cari qiymətinə görə, “Teslan”ın mart-rüb performansı nəticəsində veriləcək üç opsion (alqı-satqı hüququnu ifadə edən kağız) tranşı təxminən 23 milyard dollar və ya hər tranş üçün demək olar ki, 7,7 milyard dollar gəlir gətirə bilər.
Qeyd edək ki, keçən ilin sonunda Mask səhm opsionlarının həyata keçirilməsi ilə bağlı vergi tutulması öhdəliklərini yerinə yetirmək üçün “Tesla”dakı payının təxminən 10%-ni sataraq 16,4 milyard dollar qazanıb.
Fidan Ali
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri