Məlumat verdiyimiz kimi, MilliNet 2017 başlayıb və milli internet resursların, internet layhələrin millinet.az saytında qeydiyyatı davam edir.
Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, bugünə qədər müsabiqəyə cəmi 135 layihə təqdim edilib.
MilliNet-in rəsmi resursundan da görünür ki, indiyədək 94 layihə artıq qəbul edilib, 37 layihə müsabiqəyə buraxılmayıb, 4 layihə isə təsdiqdə gözləyir.
Müsabiqəyə qeydiyyat prosesi ilə bağlı daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı noyabrın 20-də başa çatacaq.
Qiymətləndirmə prosesi dekabrın 15 -dək davam edəcək.
Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin isə dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatının rəsmi tərəfdaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, baş sponsoru isə Azertelecom-dur.
Müsabiqəyə BestComp, LENOVO və NEURON şirkətləri dəstək verir.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri