MilliNet müsabiqəsində saytların qəbul prosesi necə aparılır?

12-10-2015 / 12:30

Məlumat verdiyimiz kimi, Milli Net 2015 müsabiqəsinə artıq layihələrin qeydiyyatı başlayıb. Layihələrin müsabiqəyə qəbulu davam edir.

Xeberler.az olaraq müsabiqəyə təqdim olunan layihələrin hansı mərhələlərdın keçdiyi, ümumiyyətlə layihələrin qəbulunda müsabiqə tərəfindən tətbiq edilən qaydalarla maraqlandıq.

Milli Net qaydalarına görə saytların və layihələrin müsabiqəyə buraxılmasını Təşkilat Komitəsi həll edir. Bu məqsədlə TK tərfindən Moderatorlar qrupu yaradılır. Moderatorlar qrupu TK-nın qaydalara uyğun olaraq hazırladığı meyarlar əsasında saytların ilkin ekspertizasını keçirir və əgər qaydalara uyğundursa müsabiqəyə buraxılması haqqında qərara üçün TK-ya göndərir.

Prosesi nizamlamaq üçün Milli Net Müsabiqəsinə saytaların qəbulunda bir neçə rejim , “gözləmədə olan”, “təqdim olunan” “qəbul edilən” “qəbul edilməyənlər” var.

MilliNet-in moderatorlarından biri Rüstəm Həsənov Xeberler.az-a bildirib ki, saytlar müsabiqəyə əsasən MilliNet-in qaydalarına görə qəbul edilir. TK tərəfindən bu qaydalara uyğun qısa şərtlər onlara təqdim edilib. Onun sözlərinə görə, müsabiqəyə təqdim edilən layihələr üçün müəyyən olunmuş 10 əsas qayda var: “Bu qaydalara əsasən müsabiqədə iştirak edən saytlar MillNet-in loqosunu yerləşdirməlidirlər, saytlar Azərbaycan dilində olmalıdır, Varez, keygen, crack tipli proqramlar, saytda 18+ bölməsi olmamalıdır və s”.

Moderator qeyd edib ki, layihə qəbulunda ilk nəzərə çarpan MilliNet-in loqosudur və saytın hansı dildə olmasıdır. O vurğulayıb ki, müsabiqə tərəfindən ən çox imtina məhz bu şərtin pozulmasına görə olur: “Saytlara daxil olan kimi gözüm ilk olaraq MilliNet-in loqosunu axtarır. Sonra digər qaydaların pozul-pozulmadığın araşdırıram”.

 Onun sözlərinə görə, əgər qaydalardan biri belə pozulubsa sayt müsabiqəyə buraxılmır və iştirakçıya səbəb bildirilərək müsabiqədən uzaqlaşdırılır. Moderator deyib ki, bu fəaliyyətə günün 16 saatı nəzarət edilir.

Qeyd edək ki, saytda gözləmədə olan və geri qaytarılan layihələr də var. Rüstəm Həsənov bu məqama da aydınlıq gətirib: “Gözləmədə olan saytların sayına əsasən qəbul prosesi gedir. Çalışırıq ki,saytlar uzun müddət gözləmədə qalmasınlar. Bir neçə sayt yığıldığdan sonra saytlara baxılır. Saytların əksər imtina olunma səbəbləri loqo ilə bağlıdır. Bir sayt “wifi hack” proqramı yerləşdirmişdi deyə inkar olundu. Sonra o proqramı saytdan yığışdırdıqdan sonra yenidən müsabiqəyə qəbul edildi. 25 saytın 22-si loqo ilə bağlı imtina olunub”.

Maraqlıdır ki, geri qaytarılan layihələr müsabiqəyə yenidən müraciət edə bilirmi?

“Saytlar onlara bildirilən iradları nəzərə aldıqdan sonra müsabiqəyə buraxılır. Layihələrdən yenidən müraciətə etməsinə ehtiyac qalmır. Sadəcə bizə etdikləri düzəlişlər haqda məlumat verirlər. Mən də bir daha saytı tam olaraq yoxlayıram. Əgər heç bir problem yoxdursa TK-ya yönləndiririk. Bəzən olur ki, bəzi saytlar problemi həll etmədən, yenidən saytların təqdim edirlər. Amma saytlar aşkar edildikdə yenidən imtina olunur”.

Bugünə qədər müsabiqəyə 104 layihə təqdim olunub. Bunlardan 72 layihə qəbul edilib, təsdiqdə gözləyən 2 layihə var.  31 layihə isə geri qaytarılıb. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.