Milli İnternet Mükafatı (MilliNet) müsabiqəsində qeydiyyat başa çatır.
Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, MilliNet-də qeydiyyat bu gün 00.00-da başa çatacaq.
Qeyd edilib ki, bugünə qədər müsabiqəyə 20 nominasiya üzrə ümumilikdə 344 müraciət daxil olub. Onlardan 225-i öz təsdiqini tapıb, 88 layihə isə müsabiqəyə buraxılmayıb.
Mill Net-də iştirak üçün mükafatın veb-saytı olan millinet.az-da “qeydiyyat” bölməsinə daxil olmaqla, sorğunu doldurmaq lazımdır.
Təqdim olunan İnternet resursları və İnternet layihələri kontent, dizayn və texnoloji istiqamətlər üzrə peşəkarlardan və mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.
Qiymətləndirmə prosesi dekabrın 15 -dək davam edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin isə dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Müsabiqədə qalib gələn saytlar bir-birindən dəyərli müxtəlif hədiyələr və MillNet müsabiqəsinin simvolu olan hörümçək toru əks edilmiş buta ilə təltif ediləcək.
Müsabiqəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVO, BestComp, İnnovasiyalar Mərkəzi, NOVA, NEURON və Yello şirkətləri də dəstək verirlər.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət