MilliNet 2016-ya 83 layihə təqdim edilib

27-10-2016 / 13:50

Məlumat verdiyimiz kimi, MilliNet 2016 başlayıb və milli internet resursların, internet layhələrin millinet.az saytında qeydiyyatı davam edir.

Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumatına görə, bu günə qədər müsabiqəyə cəmi 83 layihə təqdim edilib.

MilliNet-in rəsmi resursundan da görünür ki,  indiyədək 67 layihə artıq qəbul edilib, 15 layihə müsabiqəyə buraxılmayıb,  1 layihə isə təsdiqdə gözləyir.

Müsabiqədə qeydiyyat prosesi ilə bağlı daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.

Qeyd edək ki, Millinet-ə təqdim olunan saytların qeydiyyatı noyabr ayının 25-dək davam edəcək. Qiymətləndirmə prosesi dekabrın 15 -dək davam edəcək.

Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabr ayının sonunda keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Delta Telecom, Lenovo və Bestcomp şirkətləri dəstək verir.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə