Millinet-də qeydiyyat müddəti uzadıldı

23-11-2016 / 11:54

Məlumat verdiyimiz kimi, MilliNet 2016 milli internet resursların, internet layhələrin millinet.az saytında qeydiyyat müddəti noyabrın 25-də başa çatmalydı

MilliNet Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumatına görə, müsabiqədə qeydiyyat müddəti  5 gün də uzadılıb.

Belə ki, Millinet-də qeydiyyat müddəti noyabrın 30-da saat 00-da  bitəcək.

Təşkilat Komitəsindən verilən məlumata görə,  bu günə qədər müsabiqəyə cəmi 213 layihə təqdim edilib.

MilliNet-in rəsmi resursundan da görünür ki, indiyədək 157 layihə artıq qəbul edilib, 49 layihə müsabiqəyə buraxılmayıb, 7 layihə isə təsdiqdə gözləyir.

Müsabiqədə qeydiyyat prosesi ilə bağlı daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.

Müsabiqəyə saytları təqdim etmək üçün MilliNet-in rəsmi saytında qeydiyyatdan keçmək lazımdır.

Qeyd edək ki, Millinet-ə təqdim olunan saytların qiymətləndirmə prosesi dekabrın 18 -dək davam edəcək.

Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabr ayının sonunda keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Delta Telecom, Lenovo və Bestcomp şirkətləri dəstək verir.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə