02 iyun 2009-cu il tarixdə “İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masa Multimedia Mərkəzi tərəfindən ACİ Yardım Fondunun dəstəyi ilə həyata keçirilən “İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində keçirilir.
Tədbirdə dövlət qurumlarının rəsmi saytlar vasitəsilə açıqladığı informasiyaların monitorinqinin gedişi haqqında məlumatlar da təqdim olunacaq.
Dəyirmi Masada Rusiya Federasiyasında Federal orqanların informasiya açıqlığının araşdırılması sahəsində çalışan İnformasiya Azadlığı İnstitutunun nümayəndələri də iştirak edəcək.
Məlumat verildiyi kimi hazırda Multimedia Mərkəzi və yuxarıda adı çəkilən qurum tərəfindən vahid Metodika hazırlanmış və bu Metodika əsasında ictimai informasiya a subyektlərinin informasiya aşıqlığı üzrə monitorinqi keçirilir.
Dəyirmi Masada dövlət orqanlarının, Bələdiyyələrin, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Dəyirmi Masa 02 iyun 2009-cu il tarixdə, saat 11.00-da Azərbaycan Media Mərkəzində keçiriləcək. Ünvan: Dilarə Əliyeva k , 218, Tel: 493 25 22
Daha ətraflı məlumatı http://www.informasiya.org saytından əldə edə bilərsiz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri