Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” hazırlanıb.
İnstitutdan Xeberler.az-a bildirilib ki, belə bir lüğətin ərsəyə gəlməsi informasiya təhlükəsizliyi sahəsində Azərbaycan dilində terminologiyanın sistemləşdirilməsi məqsədi daşıyır.
Yeni nəşrin müəllifi institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, elmi redaktoru isə institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyevdir.
Lüğətdə informasiya təhlükəsizliyi üzrə elmi və praktik fəaliyyətin əsas istiqamətlərini əhatə edən, elmi və kütləvi ədəbiyyatda rast gəlinən 600-dən çox ingilisdilli termin və onların Azərbaycan dilinə tərcümə variantı təqdim olunub.
Kitab informasiya təhlükəsizliyi üzrə ixtisaslaşan mütəxəssislər, elmi tədqiqatçılar və tələbələr üçün nəzərdə tutulub.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət