Previous Next
Bağla

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016 11:22
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

“Uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi problemləri” adlı ekspress-informasiya işıq üzü görüb.

Yeni nəşrin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Sabirə Allahverdiyeva, elmi redaktoru isə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevdir.

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş ekspress-informasiyada uşaqların internetdə qarşılaşdığı təhlükələr və onların təsnifatı, uşaqların bu təhlükələrdən qorunması yolları göstərilir.

İnformasiya Texnologiyaları İnstitutunundan  Xeberler.az-a verilən məlumata görə,  beynəlxalq aləmdə bu problemlə bağlı mövcud olan yanaşmalar və çağırışlar şərh edilir.

Onlayn mühitdə uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla, Əşyaların İnterneti, uşaqlar üçün nəzərdə tutulmuş sosial şəbəkələr və s. problemlər identifikasiya olunur. Nəticədə yeni təklif və tövsiyələr irəli sürülür.

Məlumat üçün qeyd edək ki, 2004-cü ildən başlayaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə dünyanın 70-dən çox ölkəsində Təhlükəsiz İnternet Günü qeyd olunur.

İnsafe Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən təşkil edilən tədbirin məqsədi uşaq və yeniyetmələrin İnternetdən istifadəsini qlobal səviyyədə dəstəkləmək və diqqəti onların onlayn təhlükəsizliyinin təmini məsələlərinə yönəltməkdir. Həmin gün bütün maraqlı tərəflər – uşaqlar, gənclər, valideynlər, müəllimlər, siyasətçilər və s. bir araya gələrək uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi haqqında geniş fikir mübadiləsi aparır, problemlərin həlli üçün çalışırlar.

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015
“Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı mərkəz yaradılmalıdır”

“Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı mərkəz yaradılmalıdır”

12-01-2017
Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018
Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

07-02-2017
Ekspress-informasiyanın növbəti sayı işıq üzü görüb

Ekspress-informasiyanın növbəti sayı işıq üzü görüb

01-06-2009
Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018
Provayderlər üçün yeni qayda və təlimatlar hazırlanıb

Provayderlər üçün yeni qayda və təlimatlar hazırlanıb

08-02-2017
Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

03-11-2008
“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

11-12-2015
Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025
“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər”     mövzusunda Dəyirmi Masa keçiriləcək

“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

13-12-2011
Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019
İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018
Bakıda  “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə ilə bağlı konfrans keçiriləcək

Bakıda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə ilə bağlı konfrans keçiriləcək

24-11-2008
İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015
Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01-06-2026
İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015
Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018
Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023
“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya çapdan çıxıb

“Elmmetriya: mövcud vəziyyəti və imkanları” adlı ekspress-informasiya çapdan çıxıb

15-07-2013
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

06-02-2018
Elektron Təhlükəsizlik Xidməti orta məktəb müəllimləri üçün vebinar keçirib

Elektron Təhlükəsizlik Xidməti orta məktəb müəllimləri üçün vebinar keçirib

17-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə