Previous Next
Bağla

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020 18:53
Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

Fevralın 14-də AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi Yüksək Texnologiyalar Araşdırma Mərkəzinin (TÜBİTAK-BİLGEM) vitse-prezidenti Orhan Muratoğlunu və Mərkəzin Proqram Təminatı Texnologiyaları Tədqiqat İnstitutunun direktoru Cemil Sağıroğlunu qəbul etdi. Görüşdə, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Həbib Abbasov, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev iştirak etdilər.

Xeberler.az bildirir ki, qonaqları salamlayan akademik Rasim Əliquliyev hər iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu və bu əlaqələrin prezidentlər – Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin arasında mövcud olan yüksək etimad və şəxsi dostluğa əsaslandığını bildirdi. O, TÜBİTAK ilə AMEA-nın bir sıra elmi müəssisələri arasında uzun illərdir davam edən əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

R.Əliquliyev rəhbərlik etdiyi institutun fəaliyyət istiqaməti, müəssisənin alimləri tərəfindən aparılan elmi-tədqiqat işləri haqqında qonaqlara ətraflı məlumat verdi. Qeyd etdi ki, İTİ-də Data Mining və Big Data analitika, e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, kiberfiziki sistemlərin təhlükəsizliyi sahəsində fundamental tədqiqatlar aparılır.

O, söhbət zamanı ötən ay Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun ənənəvi illik toplantısında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması haqqında qərar qəbul olunduğunu xatırlatdı. Ölkə prezidenti İlham Əliyevin bu məsələyə mühüm dəyər verdiyini qeyd edən alim, “cənab Prezidentin dediyi kimi, biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik” – deyə vurğuladı.

O, artıq İnformasiya Texnologiyaları İnstitutunda ölkə prezidentinin çağırışlarına cavab olaraq, İndustry 4.0 konsepsiyası və süni intellekt sahəsində Azərbaycan elminin dəyərli nailiyyətlər əldə etməsi məqsədilə yeni elmi prioritetlər müəyyən edildiyini qeyd etdi.

Səmimi qəbula görə AMEA-nın vitse-prezidentinə öz təşəkkürünü bildirən TÜBİTAK-BİLGEM-in vitse-prezidenti Orhan Muratoğlu təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, iki dost, qardaş ölkə arasında hər bir sahədə, xüsusilə elm və təhsil sahəsində gündən-günə möhkəmlənən qarşılıqlı əlaqələrin qürurverici olduğunu dilə gətirdi.

O.Muratoğlu İnformasiya Texnologiyaları İnstitutunda müasir dünya elminin, rəqəmsal iqtisadiyyatın, Industry 4.0 konsepsiyasının çağırışlarına cavab verən yeni innovativ tədqiqatların aparılmasından məmnunluğunu xüsusi vurğuladı.

Görüşdə elmi və elmi-innovativ sahədə, o cümlədən sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi, Big Data, 4-cü Sənaye İnqilabı, süni intellekt, kiberfiziki təhlükəsizlik üzrə tədqiqatlar istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Elmi əməkdaşlığın gələcək perspektivləri müzakirə olundu.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Big Data konfransı başa çatdı

25-02-2016

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019

Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

25-01-2023

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

13-11-2025

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurası yaradıldı

23-05-2018

Elektron Kitabxana və Elmi Tədqiqatlar Mərkəzlərinin açılışı oldu

04-12-2014

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

24-06-2025

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016

Avropa təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir

17-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə