Sosial şəbəkə olan Instagram-ı 2010-cu ildə Kevin Systrom və Mike Krieger yaradıb.
İnsanların video və şəkillərini paylaşması üçün olan sosial şəbəkə artıq 5 ildir ki, fəaliyyət göstərir. Instagram-da bu günə kimi bir çox diyazn və funksiya dəyişiklikləri olub.
Xeberler.az bu illər ərzində Instagram-da olan dəyişiklikləri araşdırıb.
2010-cu ildə Instagram-da sadəcə şəkil paylaşmaq və dostlarınızı izləmək mümkün idi. İlk versiya yalnız App Store-da mövcud idi və 1 milyon insan artıq Instagram-da qeydiyyatdan keçmişdi.
2011-ci ildə həştəq əlavə etmək funksiyası əlavə olundu. Həmçinin artıq Android istifadəçiləri də Instagram mobil tətbiqini istifadə edə bilirdi. Instagram istifadəçilərinin sayı bu ildə 10 milyona çatıb.
İlin sonunda şəkilləri harda çəkdirdiyiniz haqqında informasiya əlavə etmək mümkün idi. Bununla da siz müəyyən əraziləri axtarıb kimlərin orada şəkil çəkdirdiyini izləyə bilərsiniz.
Hazırda şəkil və video paylaşmaq mümkün olsa da, 2011-ci ildə yalnız şəkil paylaşmaq mümkün idi.
2013-cü ildə Instagram 15 saniyəlik video paylaşmaq funksiyasını əlavə etdi.
2013-cü ilin dekabr ayında “Direct” bölməsi əlavə olundu. Bu bölmənin köməyi ilə dostlarınıza şəxsi şəkillər göndərib müzakirələr apara bilərsiniz. Bu il Instagram istifadəçilərinin sayı 150 milyondan çox idi.
2014-cü ildə Instagram-ın dizaynında müəyyən dəyişikliklər edildi.Keçmiş versiyaya nisbətən daha şəffaf görünüşə malik oldu.
Ən böyük dəyişikliklər isə 2015-ci ildə oldu. Bu il həm dizayn, həm də müxtəlif funksiyaların əlavə edilməsi ilə Instagram-ın populyar sosial şəbəkəyə çevrilməsinə səbəb oldu. Instagram-da gün ərzində 70 milyon şəkil paylaşılır.
2015-ci ildə olan yeniliklər:
Bu funksiyanın köməyi ilə izlədiyiniz dostunuz yeni şəkil qoyduğu anda sizə bildiriş göndəriləcək.
Əvvəlki versiyalarda elektron poçta şəkili paylaşmaq mümkün olsa da yeni versiyada bu yoxdur.
“Bəyəndim” və “Rəy bildir” funksiyalarının dizaynında müəyyən dəyişikliklər edilib.
Bu il Instagram-ın veb versiyasında bir neçə dəyişikliklər edilib.
Yeni dizaynı daha sadə tərtib olunub.
Həmçinin veb versiyaya axtarış sistemi əlavə olunub.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri