Ermənistanın Daşnaksütyun partiyası bildirib ki, bu kampaniyanın əsas məqsədi 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasını əngəlləməkdir
Türkiyədə bir qrup ziyalının təşkil etdiyi “ermənilərdən üzr istəyirəm” imza kampaniyasına ermənilər də sərt reaksiya veriblər. ANSPRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Daşnaksütyun partiyası bildirib ki, bu kampaniyanın əsas məqsədi 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasını əngəlləməkdir.
Federasiyanın siyasi bürosunun rəhnbəri Kiro Manoyan deyib ki, kampaniyanı təşkil edənlər “erməni soyıqırımı”nı qəbul etmə məsələsində səmimi deyillər: “Soyqırım yerinə faciə kimi sözlər işlətmələri bunu açıqcasına göstərir”.
Manoyan, hadisələrin soyqırım kimi tanınması üçün ABŞ-ın yeni prezidenti Barak Obamanın nəzdində yeni bir kampaniya apardıqlarını bildirib.
Xatırladaq ki, “ermənilərdən üzr istəyirəm” kampaniyası Osmanlı İmperiyası dövründə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutur. Kampaniya internet vasitəsilə həyata keçirilir. /ANSPRESS/
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri