Previous Next
Bağla

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023 14:26
Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

Azərbaycanda fəaliyyət göstərən internet provayder və operatorları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) Dünya Bankının tələblərinə uyğun hesabat təqdim edəcəklər.

Xeberler.az məlumat verir ki, bu barədə İKTA mütəxəssisləri tərəfindən ölkədə fəaliyyət göstərən internet provayder və operatorlarının nümayəndələri üçün keçirilən dövri hesabatvermə üzrə ilk praktiki təlimdə məlumat verilib.

İştirakçılara bildirilib ki, İKTA-nın topladığı dövri hesabatlardan telekommunikasiya sahəsində xidmət bazarlarının, eləcə də bu sahədə digər təhlillərin aparılması, xidmət bazarlarının formalaşdırılması istiqamətində tədbirlərin görülməsi üçün istifadə olunacaq. Bazar iştirakçılarından tələb olunan məlumatlara dair tələblər ölkənin Dünya Bankı Qrupunun yeni “Business Ready” (B-Ready) layihəsinə və Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) aid beynəlxalq reytinq cədvəllərinin qiymətləndirilməsində istifadə olunan indikatorlar əsasında formalaşdırılıb.

Təlimin məqsədi internet provayder və operatorları tərəfindən tənzimləyici quruma göndəriləcək müxtəlif növ dövri hesabatların düzgün tərtib olunması üzrə nəzəri və praktiki biliklərin artırılmasıdır.

15 şirkətin nümayəndələrinin iştirak etdiyi təlimdə telekommunikasiya bazarının iştirakçıları tərəfindən İKTA-ya təqdim olunacaq müxtəlif növ dövri hesabatların, o cümlədən keyfiyyət, maliyyə və təsərrüfat göstəriciləri üzrə hesabatlar, sahibkarlıq və biznes mühitinin qiymətləndirilməsi üzrə hesabatların hazırlanması qurumun mütəxəssisləri tərəfindən əyani şəkildə nümayiş etdirilib, izahlı təlimatlar və tövsiyələr verilib.

Bundan əlavə, təlim iştirakçılarının hesabatlara daxil edilən məlumatlarda ən çox edilən xətalarla bağlı İKTA-ya yönləndirdikləri sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

Azərbaycanda 5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb

12-06-2023

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA-da təcrübəçilərə beynəlxalq reytinqlərlə bağlı təlim keçilib

27-05-2025

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

02-06-2023

Azərbaycanda uçota durmayan internet provayderi cərimələnib

10-08-2023

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək

22-02-2024

AYİB-in dəstəyi ilə İKTA əməkdaşları üçün təlim keçirilib

31-10-2024

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

26-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə