Previous Next
Bağla

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024 11:17
İKTA-da media nümayəndələri ilə görüş keçirilib

30 sentyabrda Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) media nümayəndələri üçün “Azərbaycanda telekommunikasiya sahəsində tənzimləmə: layihələr və planlar” adlı təlim keçirilib.

Tədbiri giriş sözü ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov açıb. Nazirlik rəsmisi media ilə münasibətlərin şəffaf qurulmasında maraqlı olduqlarını və bu istiqamətdə təlimlərin davamlı keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, İKTA-nın təşkil etdiyi bu görüş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun tabeli qurumları ilə medianın münasibətlərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir və belə görüşlərin davamlı olması arzuolunandır.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov isə çıxışında qurumun qısa müddətdə gördüyü işlərə toxunub və həyata keçirilən layihələr haqqında geniş məlumat verib. İKTA sədri bildirib ki, agentlik tərəfindən ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılaraq ümumilikdə 60 sual araşdırılıb.

Təhlil zamanı bir sıra beynəlxalq reytinq cədvəllərinin indikatorlarından istifadə edilməklə hər bir sual üzrə onun əhatə olunma vəziyyəti qiymətləndirilib. Eyni zamanda qiymətləndirilmədə istifadə olunmuş mənbələr göstərilib.

Nail Mərdanov əlavə edib ki, cədvəlin hazırlanmasında məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsinin tənzimləyici çərçivəsinin mövcud statusu barədə geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsində etibarlı mənbələrə əlçatanlığını təmin etməkdir. Təhlildən müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə oluna bilər. İKTA rəhbəri qurumun rəsmi saytında yerləşdirilən təhlil ətrafında təkliflərə və müzakirələrə açıq olduqlarını bəyan edib.

Agentlik sədrinin sözlərinə görə, tənzimləyici qurumun əsas məqsədi istehlakçı hüquqlarının qorunması ilə yanaşı telekommunikasiya və poçt rabitəsi sahəsində ədalətli şəffaf mühitin formalaşdırılmasıdır. Bu istiqamətdə isə hökumətə müxtəlif
təkliflər verilib. Eyni zamanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi də hazırdır və müxtəlif dövlət qurumlarında müzakirə mərhələsindədir. Yeni qanunun qəbulu telekommunikasiya sektorunda yeni və innovativ yanaşmanın tətbiqinə şərait yaradacaq. Nəticədə həm istehlakçı, həm operator və provayderlər, həm də tənzimləyici qazanacaq.

Qarşılıqlı diskussiya şəraitində keçirilən görüşdə media nümayəndələrinin sualları cavablandırıldı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA-da jurnalistlərə təlim keçirilib

19-07-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

İKTA-da hüquq və konsaltinq şirkətləri ilə görüş keçirilib

19-03-2024

İKTA yazı müsabiqəsi elan edir

23-12-2024

İKTA yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb

03-06-2025

İKTA “B-Ready”nin “Kommunal xidmətlər” indikatoru üzrə icmal hazırlayıb

31-01-2024

İKTA-nın elan etdiyi yazı müsabiqəsinə 56 nəfər qeydiyyatdan keçib

08-01-2025

Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

20-02-2026

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

26-08-2025

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025

Provayderlərlə bağlanan müqavilədə abonentlərin şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd ediləcək

30-09-2024

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

26-11-2025

İKTA-da İctimai Şura üzvləri ilə növbəti görüş keçirilib

02-04-2025

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə