Previous Next
Bağla

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022 15:31
Onlayn alış-verişdə insanları necə aldadırlar?

İnsanlar tədricən noyabr ayınının gəlişini heç də dekabrdan geri qalmayacaq dərəcədə daha çox gözləməyə başlayırlar. Axı, məhz bu ayda "qara cümə günü" həyəcanı yaşanır - məşhur brendlər, pərakəndə satış şəbəkələri və bazarlar tərəfindən böyük endirimli satışlar təşkil olunur. Əgər əvvəllər bu “həftəsonu alış-veriş bayramı” tez-tez ayın sonunda keçirilirdisə, indi noyabrın əvvəlindən alıcıları endirimlər, bonuslar və hədiyyələr gözləyə bilər. Bununla belə, sərfəli alış-veriş fürsətləri dövrü təkcə istehlakçıların deyil, həm də alış-veriş coşqusundan yararlanmaq fürsətini əldən verməyən fırıldaqçıların da diqqətini çəkir. Kaspersky həm "qara cümə günü", həm də digər bayramlarda onlayn müdaxilələrin qurbanına çevrilməmək üçün xatırlatma siyahısı hazırlayıb.

Endirimlər dövründə necə aldadırlar?

İstənilən böyük şirkətin müştəriləri, xüsusən də kampaniyalar zamanı fişinq e-poçtları ala bilərlər. Bu, təcavüzkarlar üçün çox əlverişlidir: özünü endirim həyəcanına qapdıran alıcı, keçidin saxta fişinq saytına - pul və ya bank kartı məlumatlarını oğurlamaq üçün yaradılmış resursa apardığının fərqində olmaya bilər. Hədəfdəki insanı linkə keçid etməyə inandırmaq üçün təcavüzkarlar əlavə bonus, daha artıq endirimlər və başqa bir mükafat vəd edə bilərlər. Fişinq mesajları həmçinin e-poçt və ya SMS vasitəsilə çatdırılma xidmətlərindən də gələ bilər.

Təcavüzkarlar həmçinin bank troyanlarından istifadə edərək onlayn ticarət platformalarına axın edənlərin şəxsi və ödəniş məlumatlarını oğurlamağa cəhd edə bilərlər. Bu, məsələn, daxil olduğunuz saytdakı formadan məlumatları oğurlamaq, veb səhifələrin məzmununu saxtalaşdırmaq və ya sadəcə olaraq istifadəçini tamamilə saxta saytlara yönləndirmək vasitəsilə baş verə bilər. Şəxsin məlumatlarını əldə etdikdən sonra təcavüzkar onun hesabından pul çıxara və ya onun adından alış-veriş etmək imkanı əldə edir.

“İnternet mağazaların və onlayn alış-verişin populyarlığı kibercinayətkarların fəallığının artmasına səbəb olur ki, onların da hədəfi tez aldanan alıcılar olur. Uğurlu onlayn alış-veriş etmək və onlayn fırıldaqçıların qurbanı olmamaq üçün bəzi ehtiyat tədbirləri görməlisiniz. Onlardan ən vacibi mümkün risklərdən xəbərdar olmaq, sayıqlığı əldən verməmək və “sonra peşman olmaqdansa, iki dəfə yoxlamaq daha yaxşıdır” prinsipinə əməl etməkdir”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov xatırladır.

Dələduzların qurbanı olmamaq üçün nə etməli?

Təcavüzkarların tələsinə düşməmək üçün onlayn təhlükəsizlik qaydalarına əməl edin:

-SMS, sosial şəbəkələr, e-poçtla gələn linklərə, hətta onlar guya real və populyar platformadan gəlsələr belə, klikləməyin. Əgər poçt siyahısındakı təkliflərdən biri marağınızı çəkirsə, əvvəlcə orada yazılmış məlumatların etibar edilə biləcəyinə əmin olmaq daha yaxşıdır. Bu, məsələn, satıcının və ya bazarın rəsmi saytına daxil olmaq və belə bir aksiyanın həqiqətən keçirilidiyini yoxlamaqla edilə bilər;

-Yuxarıdakı tövsiyə linkin fişinq olmadığına hər zaman zəmanət vermir. Buna görə də, istifadəçi adı və ya parol kimi vacib məlumatları daxil etməzdən əvvəl ünvan çubuğunda saytın URL-ni diqqətlə yoxlayın. Ünvan səhvlərlə yazılıbsa, orijinaldan fərqlənirsə, adi hərflər əvəzinə xüsusi simvollardan istifadə olunursa, heç bir məlumat daxil etməyin;

-Elektron poçtla aldığınız və sizdən şəxsi məlumatların daxil edilməsini tələb edən anketləri doldurmayın. Bu cür məlumatları yalnız təhlükəsiz saytlara daxil etmək sizi təhlükələrdən sığortalaya bilər. Onun ünvanının "https://" ilə başladığına əmin olun və brauzer pəncərəsinin aşağı sağ küncündə asılı kilidi xatırladan piktoqrammanı axtarın. Şübhə varsa, yaxşı olar ki, özünüzü sığortalamaq üçün telefondan istifadə edəsiniz;

-Onlayn alış-veriş üçün virtual kart kimi ayrıca kartdan istifadə edin və balansında kiçik məbləğlər saxlayın, həmçinin gündəlik nağdlaşdırma limitləri təyin edin;

-Pulsuz Wi-Fi olan ictimai yerlərdə onlayn alış-veriş etməyin. İctimai Wi-Fi-ın təhlükəli strukturu təcavüzkarların kredit kartı nömrəsi kimi məlumatları ələ keçirməsini asanlaşdırır;

-Etibarlı təhlükəsizlik həlli quraşdırın. Məsələn, Kaspersky Internet Security şübhəli sayta və ya zərərli reklam bannerlərinə daxil olmaq cəhdini bloklayacaq, həmçinin cihazınıza daxil olmağa çalışan bank troyanını vaxtında zərəsizləşdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020
“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022
Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022
Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021
Fişinq, smişinq və vişinqi tanımağı öyrənək

Fişinq, smişinq və vişinqi tanımağı öyrənək

04-08-2022
Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18-12-2018
İnternetdə bank kartından təhlükəsiz istifadə qaydaları

İnternetdə bank kartından təhlükəsiz istifadə qaydaları

06-04-2023
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023
“Kaspersky kiber cinayətkarların onlayn kinoteatr istifadəçilərini necə aldatdığını öyrənib”

“Kaspersky kiber cinayətkarların onlayn kinoteatr istifadəçilərini necə aldatdığını öyrənib”

02-12-2021
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə