Previous Next
Bağla

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022 12:45
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

2022-ci ildə Kaspersky mütəxəssisləri qlobal "Buy Now, Pay Later" (BNPL) (“İndi al, sonra ödə”) xidmətlərini təqlid edən çoxsaylı fişinq səhifəsi nümunələri aşkar ediblər.

Bu barədə Xeberler.az-a  Kaspersky-dən məlumat verilib.

BNPL xidməti alış-verişin ban sövdələşməsi olmadan bərabər hissələrlə qısa müddət ərzində ödənilməsi sistemidir. Bu cür təkliflər nisbətən yaxın dövrdə populyarlaşıb və satış dövrlərində ona xüsusi tələbat ola bilər. BNPL xidmətlərində fişinq əvvəllər də mövcud olub, lakin təcavüzkarlar indilərdə ondan daha fəal şəkildə istifadə etməyə başlayıblar. Ümumilikdə, bu il Kaspersky tərəfindən dünya üzrə müxtəlif mövzularda 14 milyondan çox fişinq və dələduzluq resursu qeydə alınıb*.

Təcavüzkarlar BNPL xidmətinin rəsmi saytını təqlid edən səhifə yaradır və qurbanı aldadaraq, bank kartı nömrəsini və CVV-ni saxta formaya daxil etməyə inandırırlar. Şəxsi məlumatlar həmin səhifəyə daxil edildikdən sonra onlar pulla birlikdə fırıldaqçıların əlinə keçir. Bu cür fişinq resurslarına keçid linkləri e-poçt vasitəsilə paylanır. Məsələn, mütəxəssislər ödəniş məluumatlarını yeniləməyi istəyən e-poçtlar müşahidə ediblər ki, onlar vasitəsilə qurban alış-veriş üçün hissə-hissə ödəniş təklif edən saxta xidmət səhifəsinə yönləndirilib.

“Qara cümə günü"-ndən sonra tez-tez onun davamı olan "kiber bazar ertəsi" baş tutur. Bu satış və endirim günləri təkcə satıcılar və alıcılar üçün deyil, həm də fırıldaqçılar üçün aktiv fürsət dövrüdür. Təcavüzkarlar, insanların sayıqlığı əldən verə biləcəkləri ümumi alış-veriş ajiotajından maskalanmaq üçün istifadə edirlər. Belə ki, bu il fırıldaqçılar fişinqin populyarlığını bir daha sübut edən məşhur BNPL xidmətlərindən yan keçə bilmədilər. İnsanları rəqəmsal təhlükəsizlik qaydalarına əməl etməyə və ayıq-sayıq olmağa çağırırıq”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

Təhlükəsiz onlayn alış-veriş etmək üçün aşağıdakı kibertəhlükəsizlik tədbirlərini görməyi tövsiyə edirik:

•  ödəniş məlumatları daxil olmaqla, şəxsi məlumatlarınızı hər hansı resursa daxil etməzdən əvvəl əmin olun ki, onun URL ünvanında artıq və ya yanlış hərflər yoxdur, saytın özündə heç bir orfoqrafik səhv yoxdur, bütün bölmələr və düymələr işləkdir;

• bütün cihazlarınızda fişinq və ya fırıldaq resursuna keçməyinizə mane olacaq etibarlı təhlükəsizlik həllindən istifadə edin;

• tanımadığınız bir şirkətdən alış-veriş etməyə hazırlaşırsınızsa, WHOIS xidmətlərində domeni yoxlayın (əgər o, yenidirsə və fiziki şəxs adına qeydiyyatdan keçibsə, oradan heç nə almayın), həmçinin alış-veriş etməzdən əvvəl şirkət haqqında rəyləri oxuyun;

• onlayn alış-veriş üçün ayrıca bank kartı (məsələn, virtual) əldə edin və balansından ödənişinizə yetəcək qədər müəyyən məbləğ saxlayın. 

* 1 yanvar – 21 noyabr tarixlərində Kaspersky həllərinə edilmiş geridönüşlərə əsaslanan məlumatlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

İnternetdə bank kartından təhlükəsiz istifadə qaydaları

06-04-2023

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021

Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18-12-2018

Onlayn alış-veriş edənlər, diqqətli olun

24-11-2017

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022

Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

01-06-2018

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Kaspersky fişinqin 5 tanınmış növü və onlardan qorunmaq barədə danışır

30-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə