Previous Next
Bağla

Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18-12-2018 13:00
Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

İstirahət və bayram günləri çox vaxt rəqəmsal təhlükəsizlik təhdidləri riski ilə müşayiət olunur. Hədiyyələr, səyahətlər və bu kimi digər təkliflər üzrə onlayn reklamların və elektron poçta gələn məktubların sayı artır. Təəssüf ki, bu təkliflərin çoxu qənaət əvəzinə pulun və ya əmlakın itirilməsinə və istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına səbəb ola bilər.

Xeberler.az  bildirir ki, bütün bunları nəzərə alan “Microsoft” korporasiyası bayram günləri ərzində istifadəçilərin təhlükəsizliyini təmin edəcək siyahı tərtib edib.

√ Alış-verişi etibarlı saytlarda edin

Bəzən, “ən yaxşı təkliflər” gizli zərərli proqram təminatı vasitəsilə gəlir. Təhlükəsizliyi təmin etmək üçün yalnız nüfuzlu və etibarlı saytlar (saytların “https” ilə başlamasından və qarşısında kilid () işarəsi olduğundan və şəxsi məlumatları daxil edərkən ödəmə metodlarının təhlükəsizliyindən əmin olun) və rəsmi mağazalarından yüklənən tətbiqlər vasitəsilə alış- verişinizi həyata keçirin, məsələn, www.microsoft.com/store.

√ Bank çıxarışlarınızı yoxlayın

Aylıq bank çıxarışlarınızı diqqətlə izləyin və fırıldaq ödənişlərin olmamasında əmin olmaq üçün onlayn və fərdi alış-verişlərinizi yoxlayın. Siz tərəfdən edilməyən hər hansı ödəniş müşahidə edən kimi dərhal bankla əlaqə saxlayın.

√ Fırıldaqçılığın ən son növlərindən xəbərdar olun

Bir çox fırıldaqçılıq növündən ənənəvi olaraq fəal şəkildə insanların xeyriyyəçiliklə məşğul olan zaman istifadə edilir. Kimsə sosial mühəndislik vasitəsilə sizin şəxsi məlumatlarınıza müdaxilə etdiyi zaman vaxtında xəbərdar olmanız vacibdir. Fişinq kimi fırıldaq sxemlərini və onlardan yan keçmək üsullarını öyrənməyə çalışın.

√ İkifaktorlu autentifikasiyanı aktivləşdirin (2FA)

İkifaktirlu autentifikasiya (2FA) hesabın təhlükəsizliyini artıran əlavə səviyyədə yoxlamanı təmin edir. 2FA həm korporativ, həm də elektron poçt, sosial şəbəkələr, bank əməliyyatları kimi şəxsi hesablar üçün əlçatandır.

√ Etibarlı qoşulmalardan istifadə edin

Yalnız uçot məlumatları tələb edən Wi-Fi şəbəkələrindən istifadə edin. Ödənişsiz və ya ictimai Wi-Fi şəbəkəsindən istifadə etdikdə şəxsi və gizli məlumatlarla paylaşmayın. Təhlükəsiz Wi-Fi bağlantısı əldə edənədək gözləyin və ya məlumatlara daxil olmaq və online alış-veriş etmək üçün mobil internet məlumatlarınızdan istifadə edin.

√ Şəxsi məlumatlarınızı sosial şəbəkələrdə paylaşmayın

Evdən uzaq olmağınız haqqında məlumat oğruların sizə zərər vurması üçün yeganə səbəb ola bilər. Risk etməyə dəyməz.

√ Cihazlarınıza nəzarət edin

Diqqətli olun! Cihazlarınıza nəzarət edin və onları gözdən buraxmayın. Onların daxilində sizin bank məlumatlarınız, sosial media və elektron poçt hesabları, parollar və bu kimi şəxsi məlumatlar ola bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
İnternetdə bank kartından təhlükəsiz istifadə qaydaları

İnternetdə bank kartından təhlükəsiz istifadə qaydaları

06-04-2023
AKTA: Hesabınız ələ keçirilə bilər

AKTA: Hesabınız ələ keçirilə bilər

23-12-2024
Onlayn alış-verişdə insanları necə aldadırlar?

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022
Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023
Android telefonlarda təhlükəsizliyi necə qorumalı?

Android telefonlarda təhlükəsizliyi necə qorumalı?

19-08-2015
Sosial mediada ADY adından saxta səhifələr açılır

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023
"BakıKart" adı altında sosial mediada saxta səhifələr açılıb

"BakıKart" adı altında sosial mediada saxta səhifələr açılıb

24-10-2024
Sosial mediada təhlükəsizliyi qorumağın 10 yolu

Sosial mediada təhlükəsizliyi qorumağın 10 yolu

26-03-2015
DİN: Saxta kampaniyalara aldanmayın!

DİN: Saxta kampaniyalara aldanmayın!

25-12-2025
İKTA SMS (OTP) kodlarını paylaşmamağı tövsiyə edir

İKTA SMS (OTP) kodlarını paylaşmamağı tövsiyə edir

12-01-2026
DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun

DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun

28-04-2026
Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

30-04-2022
Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022
Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020
28 Yanvar - Məlumatların Mühafizəsi Günüdür

28 Yanvar - Məlumatların Mühafizəsi Günüdür

28-01-2025
Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021
Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi

Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi

07-04-2015
Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

14-03-2023
İş yerində fərdi məlumatları qorumaq üçün bunları edin

İş yerində fərdi məlumatları qorumaq üçün bunları edin

17-08-2023
Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə