2014-cü ildə İnternet resursları ilə narkotik vasitələrin alış-verişi əvvəlki illərə nisbətən daha çox olub.
Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, artım tempinə hətta fəaliyyəti 2013-cü ildə dayandırılan "Silk Road” qeyri-qanuni mal və xidmətlər İnternet mağazasının bağlanması da təsir göstərməyib. Bu barədə “Global Drug Survey” müstəqil təşkilatının illik “Global Drug Survey 2015” analitik hesabatında deyilir.
Bununla yanaşı, 102 min respondentin iştirak etdiyi hesabat müəllifləri qeyd edirlər ki, resursun bağlanması kiçik İnternet mağazalarından istifadə edənlərin sayının artmasına səbəb olmayıb. Belə ki, rəyi soruşulanların 11 mini bildirib ki, 2014-cü il ərzində özəl şəbəkədə (darknet) yerləşdirilən adi İnternet saytları və portalları ilə ən azı bircə dəfə qadağan olunmuş maddələr alıb. Bu, əvvəlki dövrlərin hamısından xeyli çoxdur.
Aparılan digər tədqiqatlar göstərir ki, təkcə qanunsuz İnternet mağazalarından istifadə edənlərin sayı deyil, həm də onların çeşidi artır. Bu isə həm də pul dövriyyəsinin artması deməkdir. Belə ki, BMT-nin ötənilki hesabatına görə, “Silk Road” bağlanandan 10 ay sonra özəl şəbəkədə satılan narkotiklərin siyahısı iki dəfə çoxalıb.
Xatırladaq ki, “Silk Road” təsisçisi Ross Ulbriht ömürlük həbs cəzasına məhkum ediləndən sonra ABŞ Federal Təhqiqatlar Bürosunun nümayəndələri bəyan edib ki, resurs istifadəçilərinin sayı 100 min nəfərdən çox olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu, İnternet tarixində ən mürəkkəb və iri qanunsuz bazar olub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri