“Visa” şirkəti tərəfindən 12 min Avropa istifadəçisi arasında aparılan tədqiqatdan məlum olub ki, rəyi soruşulan hər dörd nəfərdən biri mobil telefondan növbəti beş il ərzində gündəlik ödənişləri həyata keçirmək üçün istifadə etməyi düşünür. Hazırda isə yalnız 12 nəfərdən biri mobil ödənişlərdən istifadə edir.
Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Visa Europe” nümayəndələri qeyd edir ki, 2016-cı ildə və 2020-ci ilədək olan müddətdə mobil ödənişlərdən istifadə əvvəlki illərə nisbətən daha sürətlə artacaq. Gözlənildiyinə görə, növbəti beş il ərzində 10 avropalıdan 6-sı (60 faiz) ödənişləri həyata keçirmək üçün həftədə ən azı bir dəfə mobil qurğulardan yararlanacaq.
Mobil telefon vasitəsilə ödənilən həftəlik alışın orta məbləği 2020-ci ilədək 41 dollar təşkil edəcək ki, bu da bugünkü göstəricidən 15 dollar çoxdur. Bununla yanaşı, respondentlərin dörddə bir hissəsi 75 dollardan çox xərcləyəcəyini proqnozlaşdırıb.
“Visa şirkəti hesab edir ki, bu rəqəmlər kifayət qədər mühafizəkardır və mobil ödənişlərin qəbulunun faktiki sürəti daha yüksək olacaq. Bu, xüsusilə kontaktsız ödənişlərdən istifadəyə aiddir. Son bir ildə kontaktsız ödənişlərin sayı iki dəfə, həcmi üç dəfə artıb. Kontaktsız texnologiyalar və internet ticarəti yeni nəsil mobil ödənişlər üçün yol açır. Biz əminik ki, növbəti 12 ayda mobil ödənişlər əsas istiqamət olacaq”, - şirkətin mobil texnologiyalar üzrə icraçı direktoru Ceremi Nikolds deyib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri