Previous Next
Bağla

Azərbaycanda "Facebook"un ziyanı, yoxsa xeyri var?

28-04-2011 15:02
 Azərbaycanda "Facebook"un ziyanı, yoxsa xeyri var?

“Transition-Online” Beynəlxalq Humanitar Təşkilatın Azərbaycan bölməsi Media Mərkəzində “Sosial şəbəkələrin xeyri və ziyanı” mövzusunda dəyirmi masa keçirib.
Təşkilatın təmsilçisi Emin Hüseynzadə Azərbaycanda 369 mindən çox “facebook” istifadəçisi olduğunu, bunun 35%-ni qadınların təşkil etdiyini deyib.

Ekspert kimi məsələyə münasibət ifadə edən Rəşad Əliyevsosial şəbəkələrin probleminin tibbi olmadığını dedi. Bu şəbəkələrdə müəlliflik hüququnun qorunması, şəxsi həyatın toxunulmazlığı kimi problemlər var. Sosial şəbəkədə “şəxsi profil” anlayışı şərtidir, təmas başlayan kimi gözlənilmədən sosiallıq, ictimailik mahiyyəti alınır. Bu sosial şəbəkələrdən ən müxtəlif məqsədlər üçün istifadə etmək olar, qeybətdən, intellektual paylaşmaya qədər. R.Əliyev sosial şəbəkələrin sosiallığı və ictimailiyi gücləndirdiyini deyərək, bu şəbəkələri daha çox insanla təmas qurmaq və informasiya paylaşmaq vasitəsi kimi dəyərləndirib. Bu mənada “Facebook” daha çox informasiya bazası və düşüncələri bölüşmə məkanıdır. “Bu sosial şəbəkələrin xeyri həddən böyükdür və ona görə də bu şəbəkələrdən istifadə daim artmalıdır”, - deyə R.Əliyev qeyd edib.

Digər ekspert Vüqar Babayev sosial şəbəkədən həddən artıq istifadənin psixi problemlərə səbəb olmasını istisna etməyib. Onun fikrincə, virtual aləmdə yalnız beyin işlədiyi üçün psixi problemlər yarana bilər. Digər tərəfdən isə ekspert bu sosial şəbəkələri gerçək həyatda özlərini təsdiq edə bilməyənlərin virtual aləmdə təsdiq etmək məkanı kimi qiymətləndirilib. Ekspert həmçinin sosial şəbəkədə təhqirlərə yol verilməsini onun mənfi cəhəti kimi dəyərləndirib və sosial mediada hüququ tənzimlənmənin olmamasını mənfi hal adlandırıb. Amma, bununla belə, ekspert bu mənfi cəhətlərinə baxmayaraq, bu sosial şəbəkələrin cəmiyyət üçün çox xeyirli olduğunu təsdiqləyib. 

"Bizim Yol"

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkələrin xəstəlik yaradıcılığı

07-01-2011

Ekspertdən təklif – Facebook və YouTube bazaları Azərbaycana gətirilsin

14-02-2019

"Sosial şəbəkələr və gənclik" adlı seminar keçirildi

21-05-2011

Gənclər Facebook-dan səmərəli yararlana bilirmi?

18-12-2014

Sosial şəbəkələrin fəaliyyətində yenə də problem var

17-07-2019

“Günahı sosial şəbəkədə yox, özümüzdə axtarmalıyıq”

27-10-2017

16 yaşından kiçik olanlar sosial mediadan istifadə edə bilməyəcək

16-12-2015

Milli sosial şəbəkə istifadəyə veriləcək

13-09-2012

İnsanlar sosial şəbəkələrdən niyə asılıdır?-Araşdırma

25-12-2015

Siyavuş Novruzovun saxta Facebook səhifəsi bağlanıb

02-09-2015

Facebooka nifrət etdirən 4 səbəb

10-11-2010

Türkiyənin Sakarya müftisi chat haqqında danışdı

09-12-2009

Sosial şəbəkə həvəskarları Böyük Britaniyaya baha başa gəlir

06-08-2010

Facebook və MySpace Qzone-dan geridə qalır

09-04-2009

Messinin “Facebook”səhifəsi rekord qırdı

08-04-2011

Aydın Xan Əbilli: «Mən təklif edərdim ki, bizim seçki məcəlləsində dəyişiklik olsun və virtual seçki keçirilsin»

24-09-2010

BOX.AZ-da Bildirişlər Qovluğu və Sosial Şəbəkələr

06-12-2010

İnternet inqilabı insanları tərəqqiyə, yoxsa tənəzzülə aparır?

22-07-2010

İş yerində Facebook

26-03-2012

Sosial şəbəkələrin sağlamlıq üçün TƏHLÜKƏLƏRİ

12-11-2018

Facebook iş adamları üçün xüsusi şəbəkə yaradıb

19-11-2014

“Google”nin də sosial şəbəkəsi olacaq

17-09-2010

Sosial şəbəkələrdə ünsiyyət psixi problemlər yaradır?

07-03-2011

Facebook müvəqqəti olaraq sosial şəbəkənin yeni qaydalarından imtina etdi!

19-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə