“ İnternetin keyfiyyəti ilə bağlı şikayətlər alırıq”

30-06-2016 / 15:15

"İnternet artıq günümüzün tələbinə çevrilib və bu səbəbdən internetin keyfiyyətinin artırılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün ən vacib məsələlərdən biridir".

Xeberler.az APA-Economics-ə istinadən məlumat verir ki,   bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

"Ölkəmizdə tətbiq olunan texnologiyalar tam şəkildə hər bir istifadəçini öz marağına, imkanlarına uyğun olaraq internetdən istifadə etməyə imkan verir. Həm sabit, həm də istifadə mobil genişzolaqlı şəbəkədən edərək internetə çıxış əldə etmək olar. Mobil şəbəkə istifadəçilərinin sayı durmadan artır. Bundan başqa, simsiz texnologiyalardan istifadə edənlərin sayı da günbəgün artmaqdadır. Privayderlər göstərdiyi xidmətləri təkmilləşdirmək üçün çalışır. Hesab edirik ki, istifadəçilər də bunu şahididir", - deyə E. Vəlizadə qeyd edib.

Bununla yanaşı, nazir müavini deyib ki, internetin keyfiyyəti ilə bağlı onun təmsil etdiyi quruma şikayətlər də daxil olur: "Bu şikayətləri araşdıran zaman məlum olur ki, səbəblər müxtəlifdir. Səbəblər müxtəlifdir: primitivdən tutmuş qlobala qədər. İnternetin keyfiyyətinin, sürətinin aşağı olması heç də hər zaman provayderlərin məsuliyyəti ilə bağlı deyil. Məsələn, cihazlarda virus da ola bilər, bir evdə eyni zamanda bir cihazın internetə qoşulması da sürətə təsir edə bilər. Yenə də deyirəm, səbəblər müxtəlifdir. Ümumi şəkildə yanaşma bundan ibarətdir ki, keyfiyyət gündən-genə yüksəlməlidir və artan tələbata cavab verməlidir".

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə