Previous Next
Bağla

Azərbaycanda internet baha və keyfiyyətsizdir

02-07-2018 11:06
Azərbaycanda internet baha və keyfiyyətsizdir

Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir. Bu barədə məlumatı ölkə rəsmiləri bildirirlər.  Bəs 80 faizin istifadə etdiyi internet keyfiyyətlidirmi, onun sürəti istifadəçiləri qane edirmi?

Xeberler.az bildirir ki,  hələ iki il əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Aztelekom MMC internetin keyfiyyətinin artırılması üzərində planlı işlər görürdü.

Bakıda yaşayan gənc fəal Bəxtiyar Hacıyev bildirir ki, evində və ofisində sürətli internet üçün ayda 60 manat ödəyir. Həm də əlavə edir ki, bu məbləğ çox bahadır. Tələbənin, müəllimin, həkimin cibinə uyğun deyil.

“Həmin sürəti Amerikada, Avropa ölkələrində tələbə təqaüdünün cüzi hissəsini ödəməklə alırsa, Azərbaycandasa dəfələrlə baha qiymətə başa gəlir. Sadəcə internetin sürəti məsələsi deyil. Bahalı olsa da bəzi şirkətlərdən sürətli internet əldə etmək mümkündür. Sadəcə qiymət çox bahadır. Bahalığın, xidmət keyfiyyətinin aşağı olmasına səbəb monopoliyadır. Bəzən internetin sürətində, bağlantıda problem yaranır və saatlarca problemin həlliylə bağlı məlumat almaq olmur”.

Qeyri-hökumət təşkilatı olan Azərbaycan İnternet Forumunun üzvü Vahid Qasımov isə bu fikirdədir ki, paytaxtın mərkəzi hissəsində belə sürətli internet hər zaman ələçatımlı deyil. O, Azərbaycanın bu baxımdan dünyadan geri qaldığı qənaətindədir. Vahid Qasımov deyir ki, istər mobil internet, istərsə də kabel internet keyfiyyət baxımdan aşağıdır, bağlantı bəzən çətinliklə yaranır, bunun müqabilində isə qiymətlər bahadır. O da Bəxtiyar Hacıyev kimi bunu inhisarçılıqla izah edir.

Vahid Qasımov hesab edir ki, rabitə kimi xidmətlər nazirliyin əlində olduqda keyfiyyət gözləmək mümkün deyil. O, bır sıra dövlət qurumlarının bu bazarda inhisarçı olmasına diqqət çəkir. Üstəlik də əlavə edir ki, heç bir dövlətdə kommunikasiya və ya texnologiya dövlətin əlində olmur.

“Monopoliya dövlətin əlindədirsə, gərək biz inkişafdan danışmayaq. Bizdə Azərtelekom, Delta telelkom, Bakinternet, ATS-lərin 90 faizdən çoxu, yəni bütün infrastruktur dövlətin əlindədirsə, aydındır ki, burda milyon məsələ ortaya çıxacaq”.

Bizimlə söhbətdə müstəqil ekspertlərin əksəriyyəti və bir çox Bakı sakini ölkədə internetin baha olduğunu, verdikləri pula görə internetə normal bağlantı əldə edə bilmədiklərini söyləyirlər. Bəs, cavabdeh qurumlar nə deyirlər?

Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Azərbaycanda ən böyük internet xidməti təchizatçılarından olan Delta telekomdan Azadlıq radiosuna bildiriblər ki, tənqidlər əsassızdır. Qurumdan bildiirlib ki, hər zaman internetin keyfiyyətinə və xidmətinə tam cavabdehdirlər. “Biz interneti fiziki və hüquqi şəxslərə satırıq. Qiymət siyasəti onlara aiddir. İnternetin keyfiyyəti də onu yayan provayderlərin xidmətindən asılıdır” deyə şirkətdən adını çəkmək istəməyən təmsilçi bildirib.

Azərbaycanda internetə çıxışın bütün ölkə boyu təmin edilməsi, bağlantının sürətinin artırılması barədə hökumət təmsilçiləri tez-tez vədlər verirlər. Son illər bu sahədə şikayətlər bir qədər azalsa da hələ də xüsusilə xidmətin bahalığından şikayətlər kəsilmir (Azadlıq radiosu).

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AZƏRBAYCANDA İNTERNET BAHA VƏ KEYFİYYƏTSİZDİR

AZƏRBAYCANDA İNTERNET BAHA VƏ KEYFİYYƏTSİZDİR

27-08-2010
Nazir müavini internetin sürətinin aşağı olmasına münasibət bildirib

Nazir müavini internetin sürətinin aşağı olmasına münasibət bildirib

06-11-2019
İnternetin sürətindən kütləvi şikayətlər var

İnternetin sürətindən kütləvi şikayətlər var

04-09-2018
“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

25-11-2009
İnternet tarifləri aşağı salınacaqmı?

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019
Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018
İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

10-03-2025
Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019
Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019
Çəkidə aldadan internet şirkətləri

Çəkidə aldadan internet şirkətləri

10-07-2019
“ İnternetin keyfiyyəti ilə bağlı şikayətlər alırıq”

“ İnternetin keyfiyyəti ilə bağlı şikayətlər alırıq”

30-06-2016
Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

16-05-2020
Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010
Ekspert: NRYTN haqsız rəqabət aparır

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000
Azərbaycanda internetin sürəti zəifləyib?

Azərbaycanda internetin sürəti zəifləyib?

03-09-2019
İnternet qiymətləri yenə aşağı düşəcək?!

İnternet qiymətləri yenə aşağı düşəcək?!

21-04-2009
Ölkədə İnternetin keyfiyyəti və qiyməti ilə bağlı problemlər qalmaqdadır

Ölkədə İnternetin keyfiyyəti və qiyməti ilə bağlı problemlər qalmaqdadır

18-07-2014
Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

16-06-2026
Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020
Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015
Azərbaycanda internet niyə zəifdir?

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018
Regionlarda internet niyə zəifdir ?

Regionlarda internet niyə zəifdir ?

13-09-2019
Azərbaycanda zəif internet kabusu

Azərbaycanda zəif internet kabusu

04-03-2019
“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

01-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə