Previous Next
Bağla

İnzibati Xətalar Məcəlləsinə edilən çoxsaylı dəyişikliklər təsdiqlənib

02-09-2026 14:03
İnzibati Xətalar Məcəlləsinə edilən çoxsaylı dəyişikliklər təsdiqlənib

Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına dair cərimələr, toxumçuluq haqqında qanunvericiliyin pozulması hallarının əhatə dairəsinin genişləndirilməsi və xaricdəki iqtisadi fəaliyyətə görə valyutanın ölkəyə qaytarılmaması haqda yeni cərimələr təsdiqlənib.

Xeberler.az məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən çoxsaylı dəyişiklikləri təsdiqləyib.

Sənədə əsasən, internet insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, həmçinin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməməsinə görə, yəni:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması), habelə rəqəmsal tədqiqatın aparılması və nəticəsi barədə məlumatın təqdim edilməsi ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsinə;

- informasiya infrastrukturuna yönəlmiş kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların, habelə qeyd edilən fəaliyyətlərin həyata keçirilməsi nəticəsində əldə edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal təqdim edilməməsinə;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərdiyi sorğuların 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərdiyi sorğuların isə 5 iş günü ərzində cavablandırılmamasına;

- kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməməsinə;

- ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri tərəfindən pozulmasına;

- rəqəmsal tədqiqatın və proaktiv kibertəhlükəsizlik tədqiqatına şəraitin yaradılmamasına, həmçinin rəqəmsal tədqiqat zamanı əldə olunan məlumatların bütövlüyünün qorunmamasına, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1 000 manatadək məbləğdə, hüquqi şəxslər 100 manatdan 2 000 manatadək məbləğdə cərimə olunurlar.

Həmçinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestrinə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcəklər.

Sənəddə həmçinin toxumçuluq haqqında qanunvericiliyin pozulması hallarının da əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Dəyişikliyə əsasən, toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən toxumların istehsalına, emalına, tədarükünə, saxlanmasına, daşınmasına, ticarət dövriyyəsinə, o cümlədən idxalına və ixracına, toxum əməliyyatçılarının seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyata alınmadan toxumçuluq sahəsində fəaliyyət göstərilməsinə, habelə toxum qablarının (konteynerlər, bağlamalar və s.) üzərində, etiketlərdə və ya müşayiətedici sənədlərdə bitki sortunun adı, mənşəyi və toxumun keyfiyyəti barədə yanlış məlumat göstərilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.

Bundan başqa, toxum əməliyyatçıları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin altsisteminə bilə-bilə yanlış və ya təhrif olunmuş məlumatların daxil edilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunacaqlar.

Həmçinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimələr dəyişir.

Dəyişiklikdən öncə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilirdi. "Az miqdarda" dedikdə, 20 min manatadək olan məbləğ başa düşülürdü.

Dəyişikliyə əsasən isə dispozisiyadan "az miqdarda" sözü çıxarılır, sanksiya azaldılır, inzibati məsuliyyətdən azadetmə halı müəyyənləşir.

Beləliklə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə ediləcəklər.

Nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan (vəzifəli şəxs) qərar qəbul edənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytardıqda inzibati məsuliyyətdən azad ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı pozuntulara görə cərimələr müəyyənləşir

Kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı pozuntulara görə cərimələr müəyyənləşir

23-06-2026
Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

28-01-2023
Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

04-02-2023
Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

27-12-2022
Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

30-11-2022
Haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək

Haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək

30-05-2025
Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

04-12-2024
Kosmik fəaliyyət haqqında qanunvericiliyə dəyişiklik edilib

Kosmik fəaliyyət haqqında qanunvericiliyə dəyişiklik edilib

27-12-2024
Qadağan olunmuş xəbərlərə görə cərimə- Məcəlləyə dəyişiklik

Qadağan olunmuş xəbərlərə görə cərimə- Məcəlləyə dəyişiklik

25-11-2017
Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

19-09-2023
Mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək

Mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək

01-10-2010
Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

26-01-2026
Taksi sifarişi operatorları üçün yeni cərimələr müəyyənləşir

Taksi sifarişi operatorları üçün yeni cərimələr müəyyənləşir

12-06-2023
Telefon xətlərinə qanunsuz daxil olmağa görə cərimələr artırılır

Telefon xətlərinə qanunsuz daxil olmağa görə cərimələr artırılır

11-12-2015
Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025
"İCMAL" elektron informasiya sistemi yaradılır

"İCMAL" elektron informasiya sistemi yaradılır

20-05-2025
Azərbaycanda mobil operatorlarla bağlı yeni tələblər

Azərbaycanda mobil operatorlarla bağlı yeni tələblər

15-11-2016
İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025
Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək

Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək

07-03-2023
İnternet informasiya ehtiyatlarının sahibləri üçün yeni öhdəliklər müəyyənləşib

İnternet informasiya ehtiyatlarının sahibləri üçün yeni öhdəliklər müəyyənləşib

10-08-2026
İnformasiya və informasiyanın mühafizəsi haqqında yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İnformasiya və informasiyanın mühafizəsi haqqında yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

07-07-2026
İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

24-06-2026
İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

01-12-2017
Statistik hesabatların təqdim edilməsində "Elektron imza" tətbiq ediləcək

Statistik hesabatların təqdim edilməsində "Elektron imza" tətbiq ediləcək

26-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə