Previous Next
Bağla

iPhone 17-də ciddi xətalar aşkarlanıb

16-09-2025 19:10
iPhone 17-də ciddi xətalar aşkarlanıb

Avropa İttifaqında keçirilən yeni sınaqlar Apple-ın ən son modeli olan iPhone 17 seriyasının gözlənilməz bir zəifliyini üzə çıxardı. Batareya sahəsində əhəmiyyətli irəliləyişlərə baxmayaraq, yeni iPhone düşməyə qarşı rəqiblərindən daha az dözümlü olduğu ortaya çıxıb.

Xeberler.az bildirir ki, yeni Avropa standartlarına görə, smartfonlar möhkəmlik və təmir olunma dərəcəsinə görə siniflərə ayrılır. Aparılan testlərdə iPhone 17 Pro Max modeli “B sinfi” reytinqi alıb. Bu, telefonun təxminən 180 dəfə düşməyə tab gətirə biləcəyini göstərir. Bu göstərici əvvəlki iPhone 16 Pro Max modelindən (90 dəfə, “C sinfi”) iki dəfə yaxşı olsa da, hələ də rəqiblərdən geri qalır.

Müqayisə üçün, Samsung Galaxy S25 Ultra və Google Pixel 10 Pro XL kimi flaqmanlar ən yüksək “A sinfi” reytinqini qazanaraq 270 dəfə düşməyə dözə bilib. Bu isə o deməkdir ki, gündəlik istifadədə iPhone 17 daha asan zədələnə bilər. Hətta nazik korpuslu iPhone Air də eyni nəticəni göstərib.

Telefonun təmir olunma qabiliyyətinə gəlincə, iPhone 17 bu sahədə də öncül deyil. O, “C sinfi” alıb ki, bu da Samsung ilə eyni səviyyədə olsa da, Pixel-dən (“B sinfi”) zəifdir.

Bununla belə, iPhone 17 Pro Max batareya testlərində özünü əla göstərib. Enerji səmərəliliyinə görə “A sinfi” alaraq, 53 saatlıq iş müddəti ilə rəqiblərini geridə qoyub. 

Qeyd etmək lazımdır ki, Apple şirkəti bu test metodikasını sərt şəkildə tənqid edir. Şirkət düşmə testlərinin nəticələrinin sabit olmadığını və cəmi beş cihaz üzərində aparılan sınaqların obyektiv qiymətləndirmə üçün yetərli olmadığını iddia edir. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Apple” bəzi “iPhone” modellərini satışdan çıxarıb

10-09-2025

Yeni iPhone modelləri Azərbaycanda satışa çıxarılıb

24-09-2019

“iPhone 17”nin qiyməti açıqlandı

10-09-2025

Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

02-11-2020

"Apple" şirkəti "iPhone 12 Mini" modelinin istehsalını dayandırıb

23-06-2021

Yeni iPhone 14-lər təqdim edildi

08-09-2022

Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin

18-10-2019

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

01-10-2022

“iPhone 16” dünyada ən çox satılan smartfon olub

29-05-2025

Yeni iPhone smartfonlarının qiymətləri açıqlandı

11-07-2019

“Apple” 5G-ni dəstəkləyən yeni “iPhone”u təqdim edib

14-10-2020

Azercell-dən “iPhone” kampaniyası

06-01-2026

Yeni iPhone 12-in zəif tərəfləri açıqlanıb

22-10-2020

iPhone 7 Plus və iPhone 7 Pro-nun görüntüləri yayımlandı-Foto

19-07-2016

iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!

15-10-2021

iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında

26-11-2020

Apple-ın yeni modeli İphone XL-in təqdimat tarixi bəlli oldu

08-07-2019

Azercell-dən yeni iPhone 13 modelləri alana 50GB internet paketi hədiyyə!

01-04-2022

Yeni "iPhone"ların satış qiymətləri açıqlandı

26-05-2020

Azercell iPhone 12 və iPhone 12 Pro alan abunəçilərə internet hədiyyə edir

06-11-2020

Yeni iPhone modellərinin qiyməti açıqlanıb

19-04-2018

Apple-dan “ağıllı qələm” sürprizi

05-09-2015

Apple 4 iPhone modeli təqdim edəcək

09-07-2019

Apple iOS 9.2 versiyasını istifadəyə verdi

09-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə