Previous Next
Bağla

İnstitutda şagirdin süni intellekt və IoT əsaslı layihəsi təqdim olunub

18-11-2026 17:46
İnstitutda şagirdin süni intellekt və IoT əsaslı layihəsi təqdim olunub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu gənc istedadların aşkara çıxarılması, elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi və süni intellekt bacarıqlarının inkişaf etdirilməsi istiqamətində növbəti şagird layihəsinə elmi hamilik göstərir.

Xeberler.az məlumat verir ki, layihə çərçivəsində Bakının Nizami rayonu 10 nömrəli tam orta məktəbin 11d sinif şagirdi Firuzə Heydərova “IoT texnologiyalarının tətbiqi ilə insanların yıxılma hallarının aşkarlanması üçün süni intellekt metodunun işlənməsi” adlı tədqiqat işini təqdim edib.

Firuzə Heydərova beynəlxalq riyaziyyat olimpiadalarının ikiqat bürünc medalçısı, riyaziyyat üzrə Respublika Fənn Olimpiadasının yarımfinalçısıdır. O, 9-cu sinfi fərqlənmə attestatı ilə bitirib, 2026-cı ildə isə təhsil aldığı məktəbin fəxri fərmanı ilə təltif olunub.

Layihənin elmi rəhbərləri institutun şöbə müdiri AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və Nizami rayonu 10 nömrəli tam orta məktəbin biologiya müəllimi Diana Şıxəliyevadır.

Tədqiqatın aktuallığını diqqətə çatdıran Firuzə Heydərova bildirib ki, yıxılmalar xəsarətlərin, əlilliyin və ölüm hallarının başlıca səbəblərindən biri olmaqla, qlobal ictimai səhiyyə üçün ciddi çağırışlardan hesab olunur. Onun sözlərinə görə, hər il dünyada 684 mindən çox insan yıxılma nəticəsində həyatını itirir.

Gənc tədqiqatçı diqqətə çatdırıb ki, yıxılma hadisələrinin vaxtında aşkarlanmaması tibbi yardımın gecikməsinə və ağır fəsadların yaranmasına gətirib çıxarır. Vurğulayıb ki, əşyaların interneti (IoT) sensorlarının və süni intellekt metodlarının inteqrasiyası insanın hərəkət və oriyentasiya göstəricilərini təhlil etməklə yıxılma hallarının avtomatik aşkarlanmasına imkan verir.

Şagird tədqiqatın əsas məqsədinin insanın hərəkət dinamikasını və oriyentasiyasını təhlil edərək mümkün yıxılma hallarını müəyyənləşdirən, müvafiq xəbərdarlıq siqnalı generasiya edən süni intellektəsaslı sistemin yaradılması olduğunu bildirib. O, layihə çərçivəsində yıxılma hallarının aşkarlanması texnologiyalarının tətbiqi perspektivlərinin də nəzərdən keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu texnologiyalar yaşlı və əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi, nevroloji xəstəlikləri olan pasiyentlərin monitorinqi, uşaqların mühafizəsi, xəstəxana və reabilitasiya mərkəzlərində, eləcə də yüksəkriskli istehsalat sahələrində mühüm praktiki imkanlara malikdir. O, həmçinin bu sahədə beynəlxalq elmi tədqiqatların mövcud vəziyyətini və əldə olunan nəticələri statistik göstəricilər əsasında təqdim edib.

Sonra gənc tədqiqatçı əşyaların interneti texnologiyaları əsasında hazırlanmış qurğunun iş prinsipini əyani şəkildə nümayiş etdirib. Gənc tədqiqatçı gələcəkdə qurğunun funksional imkanlarının genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Əlavə edib ki, bu məqsədlə yıxılma hadisəsi zamanı şəxsin yerləşdiyi koordinatları müəyyənləşdirmək üçün GPS modulunun, eləcə də fizioloji vəziyyətini qiymətləndirmək üçün ürək döyüntülərinin monitorinqi funksiyasının sistemə inteqrasiyası planlaşdırılır.

Layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Daha sonra məruzəyə dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev gənc tədqiqatçıların elmi təşəbbüslərinin dəstəklənməsinin, onların müasir texnologiyalara yiyələnməsinin və elmi mühitə inteqrasiyasının institutun prioritetlərindən olduğunu qeyd edib.

İnstitutun baş direktoru layihənin elmi və praktiki əhəmiyyətini yüksək qiymətləndirərək, onun informasiya texnologiyaları ilə tibb elminin kəsişməsində formalaşan aktual tədqiqat istiqamətlərindən birini əhatə etdiyini bildirib. Alim vurğulayıb ki, müasir səhiyyə sistemində həkimlərin peşəkar bilik və təcrübə ilə yanaşı, böyükhəcmli məlumatların analizi, süni intellekt və intellektual qərar qəbuletmə sistemlərindən istifadə bacarıqlarına da malik olması getdikcə daha böyük aktuallıq kəsb edir. Bu baxımdan tibbi problemlərin həllində müasir texnoloji yanaşmaların tətbiqi və onların praktiki səmərəliliyinin əsaslandırılması mühüm elmi vəzifələrdəndir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformasiya Texnologiyaları İnstitutunda elmi kadr hazırlığı yenidən qurulur

İnformasiya Texnologiyaları İnstitutunda elmi kadr hazırlığı yenidən qurulur

02-11-2026
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025
E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025
Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün sistem təqdim olunub

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün sistem təqdim olunub

01-10-2026
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026
Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

Kosmik fəzada intellektual optik şəbəkə modelinin layihələndirilməsi tədqiq edilir

13-10-2025
Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024
Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024
Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025
Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

20-04-2026
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025
Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025
Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

28-04-2025
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
SOCAR-ın dəstəyi ilə neft hasilatında enerji sərfinin optimallaşdırılmasına dair qrant layihəsi işlənilir

SOCAR-ın dəstəyi ilə neft hasilatında enerji sərfinin optimallaşdırılmasına dair qrant layihəsi işlənilir

23-04-2026
İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026
Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025
Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019
Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026
İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024
Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

25-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə