Previous Next
Bağla

İri dövlət şirkətləri vahid məlumat bazasında birləşdirilir

17-09-2019 10:38
İri dövlət şirkətləri vahid məlumat bazasında birləşdirilir

Azərbaycan Respublikası Nazirlər Kabineti 4 sentyabr 2019-cu il tarixində “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Qərar qəbul edib.

Xeberler.az bildirir ki, bu qaydalar “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli Fərmanı əsasında hazırlanıb.

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı iri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması istiqamətində artıq intensiv işlər görür. Bu platforma ayrıca bölmə olaraq komitənin Elektron Xidmətlər Portalında yerləşdirilib. Özündə 20-ə yaxın iri dövlət şirkətinin cəmləşdiyi platformada kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, cümlədən daşınmaz əmlaka dair hesabat formaları yer alır. Məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılmışdır.

Kadr uçotu hissəsində informasiya sisteminin iştirakçılarına aid ştat vahidi, faktiki işləyənlərin sayı, vakant yerlərin sayı, mühəndis-texniki heyətin sayı və əməkhaqqı fondu barədə məlumatlar əks olunub. Maliyyə göstəriciləri özündə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 1 və 2 nömrəli əlavələrdəki hesabat formaları və bu formalarda göstərilən məlumatları cəmləşdirib.

Daşınmaz əmlaka dair məlumatlara isə bu sistemin iştirakçılarına aid daşınmaz əmlakın sayı, tikililərin ümumi sahəsi, istehsal təyinatlı binaların sahəsi, tikililərin balans dəyəri, tikililərin qalıq dəyəri və ümumi torpaq sahəsi barədə informasiyalar aiddir.

Həmin məlumatlar iri dövlət şirkətləri tərəfindən informasiya sisteminə gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə olunmaqla daxil edilməli və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır. Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq.

Həmçinin iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyəti müqayisəli təhlil ediləcək, daxil edilən məlumatlar real vaxt rejimində əldə olunacaq. Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən bazaya gələcəkdə digər dövlət müəssisələrinin də inteqrasiyası həyata keçirilə bilər. İnformasiya sisteminə daxil edilmiş məlumatların mühafizəsi yüksək səviyyədə aparılır, tam olaraq təhlükəsizlik təmin edilir. Qeyd edilməlidir ki, bu informasiya sisteminin operatoru Əmlak Məsələləri Dövlət Komitəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq

İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq

00-00-0000
"e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

"e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-09-2025
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

02-03-2026
Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019
“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

20-02-2026
“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

02-02-2026
“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

19-04-2025
“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

03-03-2025
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026
Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

28-03-2019
ƏMDX ötən il 4 mindən çox müəssisədən elektron hesabat qəbul edib

ƏMDX ötən il 4 mindən çox müəssisədən elektron hesabat qəbul edib

25-02-2026
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

26-01-2026
Komitə 500 mindən çox e-xidmət göstərib

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017
Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

03-02-2024
Dövlət müəssisələri özəlləşdirməyə çıxarıldı- Fərman

Dövlət müəssisələri özəlləşdirməyə çıxarıldı- Fərman

19-07-2016
Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirə keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirə keçirildi

28-01-2019
Azərbaycanda Ünvan Reyestri tətbiq edilməyə başlayıb

Azərbaycanda Ünvan Reyestri tətbiq edilməyə başlayıb

06-01-2015
Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

25-01-2018
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018
Azərbaycanda elektron özəlləşdirməyə start verilib

Azərbaycanda elektron özəlləşdirməyə start verilib

06-08-2014
Komitənin elektron xidmətlərindən istifadə sayı açıqlandı

Komitənin elektron xidmətlərindən istifadə sayı açıqlandı

10-08-2016
“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023
Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə