Previous Next
Bağla

“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb

17-08-2026 18:57
“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb

Avqustun 17-dən etibarən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən büdcə təşkilatlarının nümayəndələri üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb.

Xeberler.az məlumat verir ki, 5 gün davam edəcək təlimlərin məqsədi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq sahəsində fəaliyyət göstərən əməkdaşlarının “e-mühasibat” altsisteminin funksional imkanları və istifadə qaydaları, mühasibat uçotunun elektron qaydada aparılması, habelə sistemdə nəzərdə tutulan digər funksionallıqlar barədə məlumatlandırılmasıdır. Eyni zamanda, təlim çərçivəsində altsistemdə ilkin qalıqların daxil edilməsi, ehtiyatların və əsas vəsaitlərin uçotunun aparılması, anbarlar və struktur bölmələri arasında yerdəyişmə əməliyyatlarının həyata keçirilməsi, maddi-məsul şəxslər üzrə əməliyyatların idarə olunması prosesləri praktiki nümunələr əsasında izah ediləcək.

Təlimin ilk günündə iştirakçılara “e-mühasibat” altsistemi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, altsistem mühasibat uçotunun elektron qaydada aparılmasını, maliyyə hesabatlarının, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim edilməsini, həmçinin mühasibat uçotu ilə bağlı beynəlxalq standartların, hüquqi aktların və maarifləndirici məlumatların elektron mühitdə təqdim edilməsini təmin edir.

Daha sonra interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, onlara sistemin istifadəsi ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2026-cı il 20 fevral tarixli Qanunun tətbiqi ilə əlaqədar mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun elektron qaydada aparılması RDMİS vasitəsilə həyata keçirilməlidir.

Bütövlükdə, “e-mühasibat” altsisteminin tətbiqi dövlət sektorunda mühasibat uçotu və maliyyə hesabatlılığı proseslərinin rəqəmsallaşdırılmasına, məlumatların vahid informasiya sistemində idarə olunmasına, proseslərin operativliyinin və şəffaflığının artırılmasına xidmət edir. Eyni zamanda, altsistemin tətbiqi dövlət maliyyəsinin idarə edilməsində GRP (Government Resource Planning) yanaşmasının mərhələli şəkildə formalaşdırılması, maliyyə və resursların vahid rəqəmsal mühitdə idarə olunması və müasir rəqəmsal idarəetmə mexanizmlərinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

03-03-2025
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

02-03-2026
“e-mühasibat” informasiya sistemi yaradılacaq

“e-mühasibat” informasiya sistemi yaradılacaq

22-01-2025
“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

20-02-2026
"e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

"e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-09-2025
Mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edilib

Mühasibat uçotunun elektron formada aparılması mərhələləri müəyyən edilib

29-07-2025
e-mühasibat informasiya sistemi yaradılacaq

e-mühasibat informasiya sistemi yaradılacaq

14-02-2025
“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

02-02-2026
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026
“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

19-04-2025
Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026
“e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb

“e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb

07-04-2026
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

26-01-2026
Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

17-10-2023
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması yekunlaşır

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması yekunlaşır

06-11-2025
Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026
Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

10-04-2026
Azərbaycanda elektron mühasibat uçotuna dair tələblər sərtləşdirilir

Azərbaycanda elektron mühasibat uçotuna dair tələblər sərtləşdirilir

13-10-2023
Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq

Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq

22-01-2024
Maliyyə uçotunda İT-nin tətbiqi  müzakirə olunacaq

Maliyyə uçotunda İT-nin tətbiqi müzakirə olunacaq

07-04-2017
İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq

İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq

00-00-0000
İri dövlət şirkətləri vahid məlumat bazasında birləşdirilir

İri dövlət şirkətləri vahid məlumat bazasında birləşdirilir

17-09-2019
EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

11-01-2022
Deputat elektron mühasibat uçotuna dair tələblərin sərtləşdirilməsinin əleyhinə çıxıb

Deputat elektron mühasibat uçotuna dair tələblərin sərtləşdirilməsinin əleyhinə çıxıb

13-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə