Previous Next
Bağla

İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

06-03-2025 14:39
İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri üçün kibertəhlükəsizlik təlimi keçirib. Təlimdə nazirliyin 30-dan çox rəhbər şəxsi iştirak edib.

Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov dövlət qurumlarının informasiya sistemlərinin milli təhlükəsizliyin əsas sütunlarından biri olduğunu vurğulayaraq nazirlik rəhbərliyinin kibertəhlükəsizlik sahəsində bilikli olmasının əhəmiyyətini qeyd edib: “Kənd təsərrüfatı sektoru ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və bu sahədə rəqəmsal transformasiya sürətlə gedir. Elektron kənd təsərrüfatı sistemlərindən tutmuş, smart texnologiyalara və böyük verilənlər bazalarına qədər hər bir məlumat təhlükəsizlik baxımından həssasdır. Buna görə də nazirlik rəhbərliyinin kibertəhlükəsizlik sahəsində bilikli və hazırlıqlı olması kritik əhəmiyyət kəsb edir”.

Daha sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova belə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb: “Kibertəhlükəsizlik təkcə texnoloji məsələ deyil, həm də iqtisadi, sosial və milli təhlükəsizliklə bağlı bir prioritetə çevrilib. İnformasiya sistemlərimizin qorunması yalnız şəxsi məlumatlarımızı deyil, eyni zamanda, dövlətin strateji maraqlarını təmin edir”.

Tədbir “Technion” Texnologiya İnstitutunun ekspertləri tərəfindən təqdim olunan sosial mühəndisliyin əhəmiyyəti, açıq mənbə kəşfiyyatı, kiberhücumların kənd təsərrüfatı sektoruna təsiri, iş yerində insidentlərə cavab kimi faydalı mövzularda sessiyalarla davam edib. Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.

Xatırladaq ki, ötən il kibertəhlükəsizlik təlimlərində 20-dən çox dövlət və özəl sektor nümayəndəsi iştirak edib. Bu ilin sonuna qədər ümumilikdə 200 nəfər rəhbər şəxslə sözügedən təlimlərin keçirilməsi planlaşdırılıb.

Təlimlər kibertəhlükəsizlik risklərinin idarə edilməsi, təhdidlərin müəyyən edilməsi və bu istiqamətdə effektiv qərarların qəbul olunmasını hədəfləyir. Bu təlimlərin keçirilməsində məqsəd rəhbər şəxslərin müasir rəqəmsal mühitin gətirdiyi çağırışlarla üzləşərkən daha etibarlı və effektiv qərarlar qəbul edə bilmələridir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib

25-11-2025

Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

24-07-2023

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026

RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

07-10-2025

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçiriləcək

03-10-2019

Media nümayəndələri üçün kibertəhlükəsizlik təlimi keçirilir

14-05-2025

Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

10-02-2026

Kibertəhlükəsizlik mütəxəssisləri üçün “Purple team” təlimlərinə start verilib

01-10-2024

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik seminarı keçirilib

17-06-2025

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024

Nazirlik əməkdaşlarına kibertəhlükəsizlik təlimləri keçirilib

02-11-2022

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 18 milli standart var

02-03-2020

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025

İRİA: 3 ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb

09-02-2026

Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb

16-04-2025

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023

Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

20-04-2018

"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

22-09-2023

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026

Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015

"AmCham": Milli kibertəhlükəsizlik koordinasiya mərkəzi yaradılmalıdır

29-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə