Previous Next
Bağla

İT ilə bağlı maraqlı və faydalı saytlar

22-02-2016 11:04
İT ilə bağlı maraqlı və faydalı saytlar

Xeberler.az olaraq İT sahəsi ilə bağlı  maraqlı və faydalı olan veb saytları təqdim edirik.

Norse Attack Map

Şirkətlərin zərərli proqramlara qarşı təhlükəsizliyini təmin edən Norse internet təhlükəsizliyi şirkətinin təqdim etdiyi bu xəritə canlı olaraq dünyada baş verən bütün kiber hücumları izləmək imkanı yaradır.

Kaspersky Cybertreat Real-Time Map

Kaspersky Lab şirkətinin təqdim etdiyi bu canlı xəritə zərərli proqramları izləməyə imkan yaradır. Bundan əlavə xəritədə  ələ keçirilməyə çalışan kompüterləri, hansı ölkələrdə daha çox istifadəçi məlumatlarının izləndiyini görmək mümkündür.

Who.is

Who.is portalı vasitəsilə saytın domenini və IP ünvanını daxil edərək sayt haqqında məlumatları əldə etmək mümkündür. Bu məlumatlara domenin qeydiyyat və sona çatdığı tarix, IP ünvanı, host edildiyi şirkətin "name server"məlumatları, domenin qeydiyyat sahibi, sahibinin elektron poçtu  və əlaqə nömrəsi daxildir.

Ninite

Windows sistemində ən çox lazım olan proqramları sadə və avtomatik yolla Ninite portalı vasitəsilə kompüterinizə quraşdıra bilərsiniz. Bunun üçün quraşdırmaq istədiyiniz proqramları seçib Get Installer bölməsini seçməyiniz kifayətdir. Yüklənən proqramlar hamısı ən son yenilənən proqramlardır və kompüterinizə avtomatik yolla  reklam xarakterli proqramlar quraşdırılmır.

DriverGuide

Bildiyiniz kimi kompüteri format etdikdən sonra yenidən drayver-ləri tapıb quraşdırmaq lazımdır. Drayver-ləri asanlıqla DriverGuide portalı vasitəsi ilə axtarıb yükləyə bilərsiniz. Bunun üçün axtarış bölməsində kompüterin markasını və modelini yazaraq drayver-ləri tapmaq mümkündür.

VirusTotal

VirusTotal portalı vasitəsilə kompüterdə şübhələndiyiniz faylın virus olub-olmamasını onlayn olaraq yoxlaya bilərsiniz. Onlayn fayl yoxlama xidməti 55 antivirus proqramının verilənlər bazası əsasında həyata keçirilir. Qeyd edək ki, portal 128 Mb ölçüyə qədər olan faylları yoxlamaq imkanına malikdir. Fayldan başqa portalda veb saytlarıda yoxlamaq mümkündür.

What Is My IP

What Is My IP portal vasitəsilə asanlıqla IP ünvanınızı öyrənə bilərsiniz. Bundan əlavə IP adresinizin hansı ölkəyə aid olduğunu, hansı hostinq xidmətindən istifadə etdiyini və coğrafi mövqeyini öyrənmək mümkündür. Portalda həmdə IP ünvanla bağlı faydalı məlumatlarda yer alır.

RouterPasswords

Router Passwords portalı ilə modeminizin markasını seçərək modemin parametrlərinə daxil olmaq üçün lazım olan protokolu, istifadəçi adını və şifrəni öyrənmək mümkündür.

DLL-files

Bəzi hallarda hər hansı bir proqram açdıqda xəta baş verir. Bu xətalar isə DLL faylının silinməsi ilə bağlı olduğundan yaranır. Xətaları aradan qaldırmaq üçün tələb olunan dll faylını DLL-files portalından istifadə edərək yükləyə bilərsiniz. DLL fayllarının quraşdırılması ilə bağlı məlumatı How to install Dll files bölməsindən öyrənmək mümkündür.

Process Library

Kompüterlərin işləmə performansını azaldan amillərdən biri də zərərli proqramların fəaliyyət göstərdiyi əməliyyatlardır. Belə əməliyyatlara svchost.exe əməliyyatını qeyd etmək olar. Belə əməliyyatların zərərli olub-olmamasını Process Library portalı vasitəsilə asanlıqla öyrənə bilərsiniz.

 

Ağasəf Haqverdiyev

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

iPhone və iPad-lərə necə pulsuz musiqi yükləmək olar?

23-02-2016

Kompüteri ziyanverici proqramlardan necə qorumaq olar?

09-01-2016

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019

Windows 10-u necə sürətləndirmək olar?

16-11-2015

Kompüterdən Instagam-a necə şəkil yükləmək olar?

18-02-2016

GTA 5-i veb brauzer vasitəsi ilə oynamaq mümkündür

29-07-2015

Antivirus seçimində hansı funksiyalara üstünlük verməliyik?

24-09-2024

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Onlayn oyun həvəskarları üçün yeni təhlükə

23-08-2017

Kiberpolis zərərli kompüter proqramları satan xakeri ifşa edib

31-10-2025

WhatsApp istifadəçiləri üçün möhtəşəm xəbər

07-01-2015

Ən yaxşı antivirus proqramları

28-04-2015

Viruslarla bağlı xəbərdarlıq

09-06-2015

İstirahət mövsümü ilə əlaqədar “GoMap elektron xəritə” xidmətinin əhəmiyyəti artır

03-06-2015

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Veb-kameralarla şəxsi təhlükəsizliyi necə təmin etmək olar?

26-11-2015

Zərərli proqram 1 milyona yaxın kompüteri yoluxdurub

18-05-2016

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016

Bu proqram vasitəsilə Wi-Fi şəbəkənizə nəzarət edəcəksiniz

24-12-2015

USB ilə enerji doldurma təhlükəli ola bilər

28-05-2016

Proqramlaşdırmanı öyrədən milli saytlarımız

17-08-2015

Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusla bağlı məlumat yaydı

20-11-2015

Bir telefonda iki Whatsapp-dan istifadə etmək mümkündür

08-06-2015

Populyar əməliyyat sistemində təhlükəli boşluq aşkarlanıb

08-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə