ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, sentyabrın 1-də Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalının açılış mərasimində maraqlı açıqlamalar verib.
Xeberler.az bildirir ki, o, jurnalistlərə verdiyi müsahibədə gələcəkdə Azərbaycanda Google, Microsoft, OpenAI və digər texnologiya nəhənglərinin elmi-tədqiqat mərkəzlərinin və bazalarının yaradılmasının mümkünlüyünü vurğulayıb. Prorektorun fikrincə, bu cür təşəbbüslər ölkənin informasiya texnologiyaları sahəsinin inkişafına böyük töhfə verəcək.
Fariz İsmayılzadə ICPC-nin bu ilki finalında 70 ölkədən 140 komandanın iştirak etdiyini bildirib. O qeyd edib ki, bu tələbələr gələcəkdə mühəndis və proqramçı kimi böyük şirkətlərdə çalışacaqlar. Prorektorun sözlərinə görə, bu səviyyədə bir tədbirin Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq imicini və nüfuzunu artırır, həmçinin İT texnologiyaları və kompüter elmlərinin inkişafına müsbət təsir göstərir.
Bu cür beynəlxalq tədbirlər, ölkənin texnologiya sahəsindəki potensialını nümayiş etdirmək üçün əla bir vasitədir. Müsabiqənin Azərbaycanda keçirilməsi beynəlxalq şirkətlərin diqqətini cəlb edə bilər ki, bu da ölkədə elmi-tədqiqat mərkəzlərinin və texnologiya şirkətlərinin fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və inkişafına töhfə verəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları