Previous Next
Bağla

Beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanmaq üçün nə etmək lazımdır?

04-08-2025 12:21
Beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanmaq üçün nə etmək lazımdır?
"Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO) başa çatıb.  Azərbaycan komandasının nəticələri çox zəif olub. Bu dəfə heç bir medal qazana bilməmişik, yalnız bir həvəsləndirici mükafat qazanmışıq".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, İki gün öncə elə İMO ilə eyni çəkidə olan Beynəlxalq İnformatika Olimpiadasında çox böyük uğur qazanmışdıq:
 
"Lakin tendensiyaya nəzər salanda görmək olur ki, İnformatika üzrə nəticələr yuksəlməyə doğru gedir, amma Riyaziyyat üzrə nəticələr azalmağa doğru gedir.
 
Ötən il bu mövzuda yazarkən İMO-da əvvəlki illərdən fərqli olaraq yaınız 1 bürünc medal qazanmağımızı ən uğursuz nəticə olaraq qeyd etmişdik. Bu il isə daha zəif nəticə əldə olunub.
 
2022-ci ildə 1 gümüş və 4 bürüc, 2023-cü ildə 1 gümüş və 2 bürünc, 2024-də 1 bürünc əldə edən, çoxsaylı həvəsləndirici mükafatlar qazanan məktəblilər, yaxud onların təmsil olunduğu komanda məntiqlə birdən birə belə zəif nəticə göstərməli deyil.
 
Düşünürəm ki, ETN, Olimpiadaya hazırlıq mərkəzi məhz bunun səbəblərini araşdırmalıdır".
 
Bu məsələ ilə bağlı Osman Gündüz bir neçə təklif irəli sürüb:
 
1. Respublika Riyaziyyat Olimpiadasının səviyyəsini və çəkisini qaldırmaq lazımdır. Respublika və Beynəlxalq olimpiadalar arasındakı məzmun fərqini xeyli daraltmaq doğru olardı.
 
Respublika Riyaziyyat Olimpiadasının iştirakçısı olaraq qeyd etmək istərdim ki, əvvəlki dövrlərdə hətta rayon və respublika olimpiadaları arasındakı məzmun hədsiz fərqli olurdu.
 
2. Respublika Olimpiadasının qaliblərinin beynəlxalq olimpiadalara hazırlığı üçün peşəkar mütəxəssislər yetişdirmək lazımdır. Bunun üçün Türkiyə təcrübəsindən faydalanmaq doğru olar. Zamanında biz qardaşlarımıza bu sahədə kömək etmişik, əminəm ki indi də onlar bizə yardım edərlər.
 
3. Respublika Olimpiadalarının qalibləri üçün yay düşərgələri təşkil etmək və kənardan da mütəxəssislər cəlb etmək faydalı olardı.
 
4. Biz fərqində olmalıyıq ki mövcud qəbul sistemi istedadlı uşaqların yetişdirilməsi ilə uzlaşmır və onlara fərqli yanaşma sərgilənməlidir.
 
5. İstənilən halda, hər şey məktəblinin özündən, onun hazırlığından, onun səylərinin necə olmasından asılıdır. Məntiqlə olimpiadalarda şagirdin uğurları ilbəil artmalıdır. Yəni bürünc alan məktəbli növbəti mərhələdə ən azı bürünc və ya gümüş ala bilmirsə demək məktəbli ilə bağlı da problem var.
 
Mövcud qaydalara görə olimpiadada bir dəfə uğur qazanan şagird artıq ali məktəb problemini həll etmiş olur. Elə mexanizm qurulmalıdır ki, bir dəfə uğur qazanan şagirddə arxayınlıq yaranmasın və öz üzərində işləsin.
 
6. İdmanda qaliblərə və onların məşqçilərinə dövlət səviyyəsində olan münasibət fənlər üzrə beynəlxalq olimpiada qaliblərinə də şamil olunmalıdır. ETN bununla bağlı səylərini gücləndirməlidir və hökumətə təkliflərini təqdim etməlidir.
 
7. ETN beynəlxalq olimpiadalara hazırlıq məsələsini xüsusi nəzarətə götürməlidir. Bura resurslar ayrılmalıdır. Metodiki vəsaitlər hazırlanmalıdır. Olimpiadaya hazırlıq mərkəzinin statusunu qaldırmalıdır, bu mərkəz problemin həllinə sistemli yanaşma sərgiləməlidir və s.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Nə üçün nüfuzlu beynəlxalq fənn olimpiadalarında uğur qazananlar dövlət tərəfindən təltif olunmur?

23-08-2024

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018

Məktəblilərimiz Beynəlxalq Olimpiadada tarix yazdı - Ekspert

02-08-2025

Ekspert:Məktəblimiz beynəlxalq informatika olimpiadasında gümüş medal qazanıb

26-09-2022

İnformatika fənni üzrə Beynəlxalq Olimpiadada komandamız ikinci olub

24-12-2018

Ekspert: Qonşu ölkələr olimpiadaya daha ciddi hazırlaşıblar

15-08-2022

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazanıblar

19-05-2026

Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib

22-10-2015

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

19-03-2024

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

05-09-2018

Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru

13-07-2023

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

17-12-2021

Beynəlxalq informatika olimpiadasında uğurlarımız niyə azalır?-ŞƏRH

04-09-2023

Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada uğur qazanıblar

22-08-2025

Azercell-in dəstəyi ilə məktəblilərimiz EGOI 2026-da iki medal qazanıblar

22-05-2026

Məktəblilərdən daha bir uğur

14-05-2018

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

11-08-2025

Fənn olimpiadalarına hazırlıq necə gedir?

04-12-2015

“ Türk liseylərinin uşaqları olimpiadalarda yenə də üstünlük təşkil edir”

18-04-2023

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

14-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə