Previous Next
Bağla

İT sahəsində təcrübə keçmək imkanı

01-05-2017 12:01
İT sahəsində təcrübə keçmək imkanı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramı elan edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün yenidən  təcrübə keçmək imkanı yaradır.

Xeberler.az-ın məlumatına görə, Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali  təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər:

- İqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, İT və ya hüquq sahələri.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

-  Məntiqi və analitik düşünmə qabiliyyəti;

- Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)

- Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.

Təcrübə Proqramı ödənişsiz olmaqla 1 iyun 2017-ci il tarixindən 31 avqust 2017-ci il tarixinə kimi olan dövrü və həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir.

Təcrübə saatları: saat 9:00 – 12:30 və ya 14:30-18:00.

  Proqrama qoşulmaq istəyənlərdən 25 may  2017-ci il tarixinə kimi [email protected] ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya  buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Təcrübə Proqramı elan edir

05-11-2019

İT sahəsində təcrübə keçmək istəyənlərin nəzərinə

03-08-2017

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir

07-11-2018

İT üzrə təcrübə keçmək istəyənlərin nəzərinə

14-02-2018

İT sahəsində təcrübə keçmək istəyənlərin nəzərinə

22-11-2017

Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

03-04-2018

Azercell-də işləmək istəyən tələbələr üçün yeni imkan  

22-04-2017

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vakansiya elan edir

19-11-2018

30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazanıb

20-07-2016

SABAH tələbələri Azercell-də təcrübə keçəcək

01-05-2017

Bakcell-də təcrübə keçmək istəyənlərin nəzərinə

08-05-2017

Azercell tələbələri bir araya topladı-Foto

06-07-2017

İT mütəxəssislər, sizi axtarırlar

11-07-2015

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018

İKTA Yay Təcrübə Proqramı elan edir

29-04-2025

MHM-in Kiber Hücumların Simulyasiyası Laboratoriyası təcrübə proqramı elan edir

23-07-2021

“IT SkillsBridge” təcrübə proqramına qeydiyyat başlayır

11-06-2025

“STEAM Azerbaijan” təcrübə proqramı elan edib

26-08-2025

İİTKM-ə yeni rəhbər təyinatı olub

13-12-2019

İİTKM “İT mütəxəssisi” vəzifəsinə vakansiya elan edir

16-10-2020

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edir

26-12-2019

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018

İİTKM-in rəhbəri Creative Spark layihəsinin konfransında iştirak edib

04-09-2019

Bu qurumun 14 internet resursu fəaliyyət göstərir

27-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə