İT mütəxəssislər, sizi axtarırlar

11-07-2015 / 15:15

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində  bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Azərsun MMC 25-38 yaşlarında, kompüter mühəndisliyi, proqramlaşdırma və ya digər aidiyyəti sahələrdə ali təhsili olan, 1 ildən yuxarı iş təcrübəsi olan şəxsləri proqramçı vəzifəsinə işə dəvət edir. Şirkət namizədlərdən C#, ASP.NET (Ado.Net Entity Framework), Android (SOAP, Rest API), HTML, CSS, JavaScript, JQuery , NET WebServisler üzrə təcrübə, MS SQL Server database üzrə təcrübə, analitik düşünmə bacarığına sahib, araşdırmağa meyilli, yeni texnologiyaları izləyən, ERP sistemləri ilə tanış olmalı, yaxşı səvəyyədə İngilis dili biliyi tələb olunur.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində texniki dəstək mütəxəssisi vəzifəsi üzrə müsabiqə elan edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil, kompüterlərə texniki xidmət və ya oxşar sahələr üzrə ən azı 2 illik iş təcrübəsi, texniki problemlərin təhlili və həll olunması bacarıqları, microsoft MCP/MCSE/MCSA və əlaqədar sahədə təlim sertifikatları/diplomları olan namizədlərə üstünlük veriləcək, azərbaycan dilini mükəmməl bilməli və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) [email protected] elektron ünvanına təqdim etməlidirlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Pronet şirkəti 20-25 yaşlarında, natamam ali təhsilli, 1 ildən aşağı iş təcrübəsi olan şəxsləri İT mütəxəssis vəzifəsinə işə dəvət edir. Şirkət namizəddən İT sahəsində inkişaf etməyə böyük həvəs, məntiqli düşünmə qabiliyyəti, işinə məsuliyyətli yanaşma, müstəqil araşdırma bacarığı tələb edir. Əmək haqqı 200-400 AZN-dir. Əlaqədar şəxs: İbrahimova Aynara
Maraqlananlar şəkillə birlikdə CV-lərini [email protected] e-mail ünvanına yollaya bilərlər.
Telefon: (012) 310-12-12
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Unibank informasiya texnologiyaları və innovasiya şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir. Namizəd 20-28 yaşlarında, ali təhsilli(riyaziyyat, kompüter elmləri sahəsində), rus və azərbaycan dilləri üzrə mükəmməl biliklər, 1 illik iş təcrübəsi, PL/SQL fundamental biliklər tələb olunur. Əlaqədar şəxs Elnarə Şahbazovadır.
Telefon: (012) 541-33-33
E-mail[email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Smarty şirkəti 20-26 yaşlarında, ali təhsilli, 1 ildən 3ilə qədər iş təcrübəsi olan şəxsləri call center operator vəzifəsinə işə dəvət edir. Namizəd Azərbaycan və rus dillərində səlist danışığa malik olmalı, ofis proqramlarını bilməlidir. Əmək haqqı 200-300 AZN-dir. Əlaqədar şəxs Lamiyə xanımdır.
Telefon: (012) 408-12-02
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Simberg Partners LTD 24-40 yaşlarında, ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan şəxsləri java developer vəzifəsinə işə dəvət edir. Şirkət namizədlərdən OOP, UML, Object Oriented təhlili və dizaynı, SQL-də bilik və bacarıqlar - REST və SOAP web services ilə təcrübə tələb olunur. Əmək haqqı 1500-2000 AZN-dir. Əlaqədar şəxs Orxan Hüseynovdur.
Telefon: (012) 498-23-95
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Best Soft MMC 23-45 yaşlarında, ali texniki təhsilli, iş təcrübəsi 1 ildən 3 ilə qədər olan 1C proqramçı axtarır.
Şirkət dil biliklərini (C# və Pl/sql, PHP) bilən namizədləri işə dəvət edir.
Namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə