Previous Next
Bağla

Rəqəmsal texnologiyaların PR-ı necə olmalıdır?

29-11-2017 10:38
Rəqəmsal texnologiyaların PR-ı necə olmalıdır?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması” mövzusunda təlim təşkil edəcək.

Bu barədə Xeberler.az-a Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış PR mütəxəssisi, Humfrey təqaüd proqramı çərşivəsində ABŞ-ın Maryland Universitində təhsil alan Azər Nəzərovun aparacağı təlimin əsas məqsədi Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə məlumatların təqdim edilməsindən ibarətdir.

İİTKM-nin PR meneceri Zənurə Talıbova bildirib ki, məhsullarını xarici bazarlarda satmaq istəyən, xarici bazarların axtarışında  çətinlik çəkən şirkət və sahibkarların bu təlimdə iştirakı çox faydalı ola bilər. Çünki həm də ixracatçı şirkətlərin mütəxəssisləri üçün nəzərdə tutulan təlimdə PR strategiyanın hazırlanması, hədəf auditoriya profilinin yaradılması, hədəflərin və platformaların müəyyənləşdirilməsi, hədəf auditoriya ilə ünsiyyət strategiyasının hazırlanması, kontent planın hazırlanmasından danışılacaq. 

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirir ki, belə seminarların təşkili “Made in Azerbaijan” brendinin təşviqi və beynəlxalq arenalara çıxarılması üçün vacib amildir.

Tanınmış PR mütəxəssisi Azər Nəzərov rəqəmsal texnologiyaların PR aləti olaraq istifadə olunması haqda təlimin təşkil olunma səbəindən danışarkən bildirib ki, "Bir məhsulu ixrac etmək, ona alıcı tapmaqdan öncə məhsulun və ya istehsalçı qurumun imicini formalaşdırmaq çox mühümdür. Hazırda bunun üçün müasir PR alətlərindən istifadə zəruridir:

"Sevindirici haldır ki, Azərbaycanda İqtisadi İslahatların Kommunikasiya Mərkəzi və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi yerli sahibkarlar üçün ixrac prosesinin asanlaşdırılması, sahibkarların imicinin qurulması məqsədilə belə bir təlim təşkil edir. İnkişaf Etmiş Ölkələrin ixracyönümlü fəaliyyət göstərən qurumlarının daha yaxşı tanınmaq üçün istifadə etdikləri müasir strategiyaların Azərbaycanda da tətbiqinə başlanılması çox müsbət haldır. Bu təlimdə yerli ixracyönümlü sahibkarların xarici ölkələrdə daha yaxşı tanıdılması, imicinin formalaşması üçün lazım olan texniki və praktik bilikləri bölüşəcəyik. Onlara imicin rəqəmsal alətlər vasitəsi ilə qurulması və qorunması, bazar analizinin aparılması, Rəqəmsal PR strtegiyasının hazırlanması və hədəf auditoriyasının profilinin müəyyən olunması kimi bilikləri ötürəcəyik. Düşünürəm ki, bu bilikləri öz gələcək işlərində tətbiq edən sahibkarlar ixracyönümlü məhsullarına ölkə kənarında daha çox inam və etibar qazana biləcəklər".

Qeyd edək ki, təlimin media dəstəyi www.premark.az saytı, iqtisadiislahat.org saytı və İKT sahəsində baş verən yeniliklərə geniş yer ayıran xeberler.az saytına məxsusdur.

Təlimin sponsorları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və PreMark – Peşəkar PR və Media məsləhətçilik xidmətidir. 

Təlimdə iştirak etmək istəyənlər http://training.ereforms.org/ saytından qeydiyyatdan keçə və təlimlə bağlı məlumatları əldə edə bilərlər. 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal PR üzrə seminar keçirilib

19-12-2017

PR və kommunikasiyası strategiyasının hazırlanmasından danışılıb

08-11-2018

Rəqəmsal marketinqlə bağlı təlim keçiriləcək

15-02-2018

PR və kommunikasiyası strategiyasının hazırlanması mövzusunda təlim keçiriləcək

30-10-2018

Rəqəmsal marketinqlə bağlı təlim keçirilib

23-02-2018

İxracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunub

25-12-2018

İxracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunacaq

14-12-2018

İxrac əməliyyatlarında maliyyə dəstəyi mövzusunda təlim keçirilib

21-11-2018

Export Time verlişi fəaliyyətə başlayacaq

09-10-2018

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017

Azexport.az 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişi alıb

16-01-2023

Azexportun Elektron Ticarət və İxrac prosedurları mövzusunda təlimi davam edir

14-02-2019

Azexport portalı Elektron ticarət və İxrac prosedurları üzrə təlimlər keçirəcək

17-11-2018

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni Video icmal təqdim edəcək

25-02-2019

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

16-01-2023

Azexport portalının xüsusi buraxılışı nəşr olundu

23-01-2019

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

Amazon-la qazan təlimlərinə start verilib

25-10-2018

Azexport.az portalı “Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsinə başlayır

23-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə