Previous Next
Bağla

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020 10:23
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky, təşkilatlara yönəlmiş bütün növ kiber təhdidlərdən qorunmaq üçün inteqrasiya edilmiş bir həll buraxdığını elan edib. O, Kaspersky Security for Business-in iş yerlərini qorumq üçün çoxsəviyyəli vasitələrini mürəkkəb təhdidlərə qarşı mübarizə aparan avtomatlaşdırılmış vasitələrlə - Kaspersky Endpoint Detection və Response (EDR) Optimum tətbiqi və Kaspersky Sandbox ilə birləşdirir. Hər üç məhsul vahid bulud konsolundan idarə olunur və mürəkkəb təhlükələrdən hərtərəfli qorunma təmin edərək bir-birini tamamlayır.

Bu gün, EDR sinfindən olan həllər müxtəlif ölçülü təşkilatlar üçün son cihazların faktiki təhlükəsizlik standartına çevrilir. Bu, təcavüzkarların getdikcə daha böyük şirkətlərə deyil, daha kiçik qurumlara da hədəf hücumları etməsi ilə əlaqədardır. Mürəkkəb təhdidləri vaxtında aşkar etmək və onlara tez və effektiv cavab vermək üçün əlavə alətlər, məsələn, EDR texnologiyaları lazımdır. Onlar ənənəvi müdafiədən yan keçən hücumları müəyyən etməyə, ilkin vektorları tapmağa və bu təhdidlərin inkişafını görməyə kömək edir və avtomatik olaraq onların daha da yayılmasının qarşısını alır.

Ancaq hazırda bazarda mövcud olan məhsullar, əksər hallarda, bənzərsiz xüsusiyyətləri və ehtiyacları nəzərə alınaraq böyük müştərilərin sifarişi ilə hazırlanan alətlərdən törəyən mürəkkəb həllərdir. Kaspersky-nin inteqrasiya olunmuş yanaşması isə məhdud informasiya təhlükəsizliyi mütəxəssisləri heyətinə malik orta sahibkarlığa da hədəf hücumlarından və mürəkkəb təhlükələrdən qorunmaq üçün əsas EDR funksiyasından istifadə imkanı verir. O, baş verənlərin tam mənzərəsini görmək və onlara cavab vermək bacarığı tələb edən, eyni zamanda işçilərinə əlavə yük yaratmağı planlaşdırmayan şirkətlər üçün hazırlanmışdır. İnteqrasiya edilmiş yanaşma, Kaspersky Security for Business xəttində iki yeni məhsulun – Optimal biznes üçün Kaspersky EDR və Business for Kaspersky Total Security Plus üçün baza rolunu oynayır.

Optimal biznes üçün Kaspersky EDR, Geniş biznes üçün Kaspersky Endpoint Security- nin əsas EDR funksiyaları ilə gücləndirilmiş bütün qabaqcıl xüsusiyyətlərini özündə cəmləşdirir. O, infrastruktur, maliyyə və mənbələr baxımından mövcud olan kompleks hücumlarla mübarizə üçün sadə avtomatlaşdırılmış bir vasitədir.

Biznes üçün Kaspersky Total Business Plus, bu gün Kaspersky Security xəttinin ən yüksək səviyyəsidir. Buraya biznes üçün Kaspersky Total Security-nin, eləcə də Kaspersky EDR Optimum tətbiqi və Kaspersky Sandbox-un bütün xüsusiyyətləri daxildir. Onun digər üstünlüklərindən biri də genişləndirilmiş texniki dəstəkdir. “Bu gün hədəf kiberhücumları üçün vasitələr daha əlçatan olur, buna görə yalnız böyük şirkətlər deyil, həm də orta sahibkarlar hücum edənlərin hədəfi ola bilər. Bu tendensiyaya qarşı çıxmaq almaq üçün bir anda bir neçə texnologiyanı birləşdirdik və korporativ qurğular üçün ən təsirli və çox qatlı qorunma təqdim etdik. Bunun əsasını ənənəvi təhdidlərdən qorunma təmin edən etibarlı və sübut edilmiş vasitə, Kaspersky Security for Business həlli təşkil edirdi.

Avtomatlaşdırılmış Kaspersky Sandbox, son cihazların qorunma vasitələrindən yan keçməyə yönəlmiş təcavüzkar fəaliyyətlərinə qarşı çıxmağa imkan verir. Və nəhayət, Kaspersky EDR Optimum tətbiqi mürəkkəb hadisələrin miqyasını təyin etməyə, onları araşdırmağa və onlara cavab verməyə kömək edir.

Təşkilatların geniş əhatəsini mürəkkəb təhdidlərdən qorumaq üçün, bütün bu alətlər inteqrasiya olunmuş bir həll ilə birləşdirilmişdir ki, bu həll geniş mənbələr və ekspert səviyyəli bilik tələb etmir," deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Biznes üçün Kaspersky Security xəttinin hər iki yeni səviyyəsi artıq müştərilər üçün əlçatandır. İnteqrasiya edilmiş həll haqqında daha çox məlumatı buradan əldə edə bilərsiniz: https://www.kaspersky.ru/small-to-medium-business-security/endpoint-
security-solution 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Kaspersky “Kaspersky Symphony XDR”-i təqdim edir

13-04-2022

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Kriptovalyuta startapları hədəfdə: Dünya üzrə onlara qarşı hədəfli hücumlar həyata keçirilir

11-01-2023

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky təhlükəsizliklə bağlı yeni mükafat qazanıb

17-11-2022

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019

Kaspersky istehlakçılara xəbərdarlıq edib

17-12-2009

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə