Previous Next
Bağla

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021 12:06
2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

2021-ci ildə Kaspersky tərəfindən gündəlik orta hesabla 380 min yeni zərərli fayl aşkarlanıb. Bu isə 2020-ci il ilə müqayisədə 5.7% çoxdur. Təhdidlərin əksəriyyəti (91%) ənənəvi olaraq WindowsPE fayllarının (Windows əməliyyat sistemində istifadə olunan fayl formatı) tərkibində olub. 2021-ci ildə təcavüzkarlar həmişəkindən daha aktiv şəkildə Linux üçün təhdidlər yayıblar. Bu qrupdan olan əməliyyat sistemləri üçün aşkarlanmış zərərli və arzuolunmaz proqramların sayı 57% artıb.

Öz surətini çıxara və sistemə daxil olduqdan sonra özbaşına yayıla bilən aşkarlanmış qurdların sayı 117.5% artıb, viruslarda isə artım 27% olub. Aşkarlanmış təhdidlərin yarısından çoxunu (54%) spesifik olmayan troyanlar təşkil edib. Eyni zamanda, 2021-ci ildə dropper toryanların sayı da 2.24% artıb. Bu tip zərərvericilər xüsuilə təhlükəlidir, çünki qurbanın cihazına daha mürəkkəb zərərli proqramları yerləşdirmək üçün nəzərdə tutulub.

“2021-ci il ərzində ötən illə müqayisədə bir gündə 20 min daha çox zərərli fayl aşkarlamışıq. Bu gözlənilməz deyildi - əksər insanların uzaqdan iş rejiminə davam etməsi səbəbindən ümumi onlayn aktivlik hələ də pik səviyyədə qalır. Offlayna kütləvi keçid o deməkdir ki, insanlar daha çox cihazdan istifadə edir. Bu da, öz növbəsində hücumların artımına gətirib çıxarır və nəticə olaraq qorunma səviyyəsini azaldır. Buna görə də, istifadəçilərin öz rəqəmsal savadlılıqlarını artırmaları və qorunma həllərini zamanında yeniləmələri vacibdir”, - deyə Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Denis Staforkin qeyd edir.

Təşkilatların zərərli fayllar və və istənilən mürəkkəblikdəki, o cümlədən, ən mürəkkəb kiber təhdidlərdən qorunması üçün Kaspersky tezliklə özünün yeni həll xətti olan Kaspersky Symphony-ni işə salacaq. Onun əsasında həm fiziki, həm də mürəkkəb kiber təhdidlərin aşkarlanması və onlara cavab verilməsi üçün qabaqcıl alətlərlə təchiz edilmiş virtual iş cihazlarının qorunması üçün tanınmış texnologiyalar dayanır.

Bu xəttə dörd səviyyə daxildir: Kaspersky Symphony Security, Kaspersky Symphony EDR, Kaspersky Symphony MDR  və Kaspersky Symphony XDR. Sifarişçilər özlərinə lazım olan səviyyəni seçə və çox rahat şəkildə biznesin inkişafı və informasiya təhlükəsizliyi sahəsində sayıqlığın növbəti mərhələsinə keçə bilərlər.

Kaspersky Symphony XDR bir lisenziyada iş yerlərinin və elektron poçtların qorunması, qum saatı, şəbəkə trafikinin analizi üçün alətlər, işçilərin məlumatlılığının artırılması və təhdidlər haqqında məlumatlarla işləmək üçün platformaları birləşdirir.

Yeni məhsul xəttinin buraxılışı 2022-ci ilin əvvəlinə nəzərdə tutulub.

Kaspersky Symphony XDR və digər səviyyələr haqqında daha ətraflı buradan öyrənə bilərsiniz: https://go.kaspersky.com/symphony.

2021-ci il üçün digər analitik məlumatlarla tanış olmaq, həmçinin Kaspersky mütəxəssislərinin 2022-ci il üçün proqnozlarını öyrənmək üçün buraya keçid edin: https://securelist.ru/ksb-2021/.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky “Kaspersky Symphony XDR”-i təqdim edir

13-04-2022

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022

“Kaspersky Security” həllinin yeni versiyası yarım il pulsuz olacaq

02-04-2020

Ötən il fidyə kriptoqrafları 700-dən çox şirkətə hücum edib

16-01-2023

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə