Previous Next
Bağla

Kaspersky “Kaspersky Symphony XDR”-i təqdim edir

13-04-2022 14:13
Kaspersky “Kaspersky Symphony XDR”-i təqdim edir

Ekosistem yanaşmalı yeni məhsul xətti şirkətlərə öz bizneslərini kiberhücumlardan qorumağa, onun sabitliyini dəstəkləməyə və tənzimləyici tələblərinə uyğunluğu təmin etməyə kömək edir

Xeberler.az məlumat verir ki,Kaspersky biznesin hərtərəfli müdafiəsi üçün özünün yeni Kaspersky Symphony məhsul xəttini təqdim edib. Burada informasiya təhlükəsizliyinə ekosistem yanaşması həyata keçirilib. Məhsul bir-birinə sıx inteqrasiya olunmuş məhsulların xüsusi dəstlərinə malik dörd səviyyədən ibarətdir. Ən yüksək səviyyə özündə XDR (Extended Detection and Response) – mürəkkəb kibertəhdidlərin müəyyən edilməsi və onlara cavab verilməsi üzrə genişləndirilmiş sistem - sinfindən olan hərtərəfli qoruma həllərini ehtiva edir. Bu, Azərbaycan bazarında yerli quraşdırmalar üçün nəzərdə tutulmuş ilk bu cür həlldir.

Kaspersky Symphony-yə bu səviyyələr daxildir: Kaspersky Symphony Security – fiziki və virtual son cihazların fundamental müdafiəsi; Kaspersky Symphony EDR – şəxsi kibermüdafənin qurulması üçün təhdidlərin aşkarlanması və onlara cavab verilməsi üzrə qabaqcıl sistem; Kaspersky Symphony MDR – əsas EDR funksiyalarına malik idarə edilə bilən mütəxəssis qoruması (MDR); Kaspersky Symphony XDR ­­– şirkətin XDR formatında hər şey daxil kibertəhülkəsizliyi.

Kaspersky Symphony XDR-in əsasında EDR və EPP sinfinin müstəqil mütəxəssislərdən müntəzəm olaraq ən yüksək qiymətləri alan, təhlilçi və istifadəçilər tərəfindən tanınan sınaqdan keçmiş həlləri dayanır. Onları son nöqtələrin müdafiəsindən kənar çalışan digər güclü İT məhsulları tamamlayır. Məhsul xəttinin bu səviyyəsinin digər bir özəlliyi özündə əməkdaşların kibersavadının artırılması üçün platforma (Kaspersky Automated Security Awareness Platform) və təhdidlərin qlobal təhlilini (Kaspersky Threat Intelligence) ehtiva etməsidir. Bu səviyyədəki məhsullar toplusu təşkilatlara ən mürəkkəb kibertəhdidlərə qarşı qoymağa kömək edir.

Kaspersky Symphony XDR iqtisadiyyatın istənilən sahəsini təmsil edən şirkətlər üçün uyğundur, amma onun funksiyaları ən çox maliyyə təşkilatları, dövlət qurumları, telekommunikasiya şirkətləri və kritik informasiya infrastrukturu (Kİİ) subyektləri üçün aktualdır. Onlar şaxələnmiş İT infrastruktura malikdirlər və tez-tez mürəkkəb hədəfli hücumların hədəfinə çevrilirlər.

Məhsul xəttinin bütün səviyyələri biznesin kibertəhlükəsizlik sahəsində əsas tapşırıqlarını həll etməyə qadir Kaspersky məhsullarından ibarətdir. Bununla belə, Kaspersky Symphony XDR mövcud İT həlləri ilə inteqrasiyanın mümkünlüyünü istisna etmir və bununla da əvvəllər qoyulmuş investisiyaları saxlamağa kömək edir.

Ekosistem inkişafdadır: planda yeni çarpaz məhsul ssenarilərinin təqdimatı, bulud çatdırılması dəstəyi, Brain4net şirkətinin əldə edilməsi sayəsində SASE* konsepsiyasının daxil edilməsi var.

“Qeyd edirik ki, müasir şirkətlər kibertəhülkəsizlik məsələlərinə daha kompleks yanaşmağa başlayıb. Bununla əlaqədar ekosistem İT həlləri populyarlıq qazanır ki, bu zaman bütöv infrastrukturun müdafiəsini eyni satıcının bir-biri ilə sinxronlaşdırılmış məhsulları təmin edir. Bu sistemi idarə etmək asandır və bütün məsələləri bir pəncərə rejimində həll etmək mümkündür”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib. “Bu yanaşma insidentlərin aşkarlanması və onlara cavab verilməsinə sərf edilən orta vaxt müddətini azatlmağa kömək edir, mütəxəssislərin işini asanlaşdırır və resursları strateji tapşırıqlarının həlli üçün azad edir ki, bu da biznesin ümumi vəziyyətinə müsbət təsir göstərir”.

Kaspersky Symphony haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

* SASE (Secure Access Service Edge) - əməkdaşların şəbəkə resurslarına tez və təhlükəsiz çıxışını təmin etmək üçün müdafiə vasitələrinin və şəbəkə texnologiyalarının vahid provayderinin təqdim etdiyi bulud xidmətləri paketində təchiz edildiyi şəbəkə təhülkəsizliyi modeli.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022

Ötən il fidyə kriptoqrafları 700-dən çox şirkətə hücum edib

16-01-2023

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022

Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

22-02-2022

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020

Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

02-08-2018

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə